Məhkəmə qərarları › İş №8(054)-16/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-16/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-16/2023 09.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 23 may 2023-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-400/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 9254,52 manat alınaraq Tələbkar ASC-nin xeyrinə verilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcluya rəsmi xəbərdarlıqlar edilmiş, lakin borclu tələbi könüllü icra etməmişdir. Borclu icra və probasiya şöbəsinə dəvət edilmiş, izahat alınaraq borcun ödənilməsi tələb edilmiş, lakin o maddi imkanı səbəbli borcun ödənilməsinin təmin edilməsinin mümkün olmayacağını bildirmişdir. Borclunun tələbkara ödənilməmiş qalıq borcu cəmi 9204,52 manat təşkil edir. Borclu izahatında əvvəllər RF və Türkiyə Respublikasında olduöunu etiraf etmiş, habelə gələcəkdə işləmək üçün xaricə getmək fikrinin olduğunu bildirmişdir. Borclu qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını qərəzli olaraq icra etmədiyindən və onun ölkə hüdudlarını tərk etmək ehtimalının real olması nəzərə alınmaqla onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. (Müvafiq sənədlər təqdimata əlavə edilmişdir). Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq şəkildə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 272706/2022-31-6-004 saylı bildirişin və borclunun xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmədiyi halda məsuliyyət tədbirləri barədə Borclu məlumat verilmişdir. Qeyd edilən izahatın məzmunu ilə müəyyən edilir ki, borclu əvvəllər RF və Türkiyə Respublikasına gəzinti məqsədi ilə getmiş, iş təklifi olarsa, xaricdə işləmək üçün getmək fikri vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 23 may 2023-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1989-cu ildə Oğuz rayonunda anadan olmuş, Oğuz şəhərində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar ASC-yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar