Məhkəmə qərarları › İş №8(054)-16/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-16/2024

19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-16/2024 19.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 oğlunun, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 06 mart 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-1098/2015 saylı, xx.xx.2015-cü il tarixli icra sənədi üzrə icraatda borclu X1 və Borclu cəmi 8175 ABŞ dolları borc pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, borcluya məxsus əmlakın üzərinə həbs qoyulsa da, əmlakın digər şəxsə bağışlandığı müəyyən edildiyindən üzərinə həbsin qoyulması mümkün olmamışdır. Borclunun xx.xx.2021-ci ildə ümumvətəndaş pasportu alması və əvvəllər xarici ölkəyə keçməsi müəyyən edilmişdir. Gələcəkdə borcu qərəzli olaraq ödəmməkdən boyun qaçırmaq üçün borclunun ölkə hüdudlarını tərk etmək ehtimalının olması nəzərə alınaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməli olduğundan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də tələbkar nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Abdurahmanov təqdimatın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borclunun xarici ölkəyə getməsi üçün onun xarici pasporta malik olması ciddi əhəmiyyət daşımır, əvvəla qanuna görə şəxs tələb olunan rüsumu ödəməklə bir gün içərisində də ümumvətəndaş pasportu ala bilər, bundan əlavə elə ölkələr var ki, səyahət edənlərin ora hətta şəxsiyyət vəsiqəsi ilə də getmək imkanı mövcuddur. Ona görə də məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, borcun xeyli hissəsi ödənilib. Bank 2 ay vaxt verib, 800 manat pul ödəniləcək. Borcunu ödəməkdən yayınmır, amma iş yeri yoxdur, Rusiyada mövsümi olaraq işləyib ailəsini dolandırır. Yay mövsümündə gedir. Aprel ayında işləməyə gedəcək və may ayında 800 manat borcu ödəyəcək. Təqdimatın təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə şöbənin nümayəndəsini və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, rəsmi çağırışların surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək istifadə hüququ ilə C03405584 saylı ümumvətəndaş pasportu əldə etmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə ölkə sərhəddindən giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 06 mart 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1984-cü ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar