Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-17/2023 09.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 24 may 2023-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-332/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatda Borclu üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 300 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə verilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcluya müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, icra və probasiya şöbəsinə dəvət edilmişdir. Borclu çağırışlara gəlməmiş, barəsində axtarış elan edilmişdir. Borclunun tələbkara 3920 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclunun borcun ödənilməsindən və məsuliyyətə cəlb olunmaqdan yayınmaq məqsədi ilə xarici ölkəyə gedib ölkəyə qayırmamaq ehtimalının olduğu nəzərə alınmaqla Borclu qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını qərəzli olaraq icra etmədiyindən və ölkə hüdudlarını tərk etmək ehtimalının real olması nəzərə alınmaqla onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 217668/2023-31-6 saylı bildirişin, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqların, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli izahatların surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Oğuz rayon Polis şöbəsinin təqdimata əlavə edilmiş xx.xx.2021-ciil tarixli, 177- 13644-122 saylı məktubunun surətindən görünür ki, Borclu barəsində şöbə tərəfindən xx.xx.2021-ci il tarixdə 330442 saylı axtarış işi açılmışdır. Oğuz Rayon Məhkəməsinin təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(054)- 152/2022 saylı qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə 10 gün inzibati qaydada həbs edilmişdir. Tələbkar təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3(054)- 82/2023 saylı qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə 12 gün inzibati qaydada həbs edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 24 may 2023-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1986-cı ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-17/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-17/2023
09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver