Məhkəmə qərarları › İş №8(054)-17/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-17/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-17/2024 09.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs rəisi X5 iştirakı ilə, X1 Maraqlı şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə 09 aprel 2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 məhkəməyə müraciət edərək Maraqlı şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu tərəfindən 2000 manat pul tələbkarın bank kartına ödənilsə də, həmin vaxt borclunun 1840 manat qalıq aliment borcu qalmış, yeni qətnamə üzrə isə 1500 manat borcu davam edir. Şöbənin şikayət etdiyi qərarında göstərilir ki, onun tələbkara 3840 manat borcu olmuşdur. Halbuki ona cəmi 2000 manat pul ödənilmişdir. Buna görə də xx.xx.2024-cü il tarixli qərardan narazıdır və həmin qərar ləğv edilməklə icra hərəkətlərinin həmin hissədə davam etdirilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün heab etmişdir. Maraqlı şəxs rəisi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, 06 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment alınıb tələbkara verilməli olduğundan borclunun barəsində məcburi icra tədbirləri görülmüş, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla məhkəməyə müraciət edilmiş, Oğuz Rayon Məhkəməsinin 8(054)-06/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilmişdir.xx.xx.2022-ci il tarixdən Gəncə Apelyasiya Məhkəməsinin alimentin artırılması ilə bağlı şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş 2(104)-1849/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixədək olan dövr ərzində borclu tərəfindən ödənilməli olan 16 ay üzrə 3840 manat (240x16=3840) aliment pulu tələbkara tam şəkildə ödənilmişdir.Buna görə də Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə qalıq borcun olmadığı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir.Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, Maraqlı şəxs rəisi X7 dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. İşə əlavə edilmiş ödəniş qəbzlərindən göründüyü kimi borclu 2022-ci ildə 500 manat, 200 manat, 240 manat və 150 manat olmaqla cəmi 1090 manat, 2023-cü ildə 400 manat, 100 manat, 220 manat, 50 manat və 200 manat olmaqla cəmi 970 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla cəmi 4060 manat aliment ödənişi aparmış, həmin məbləğdən 3840 manat pul Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, 06 iyul 2022-ci il tarixli icra sənədi üzrə qalıq borca hesablanmaqla həmin icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki şikayətdə göstərilən hallar Maraqlı şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə əsas vermədiyindən X1 ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Maraqlı şəxs Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar