Məhkəmə qərarları › İş №8(054)-18/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-18/2023

10.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-18/2023 10.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan, Oğuz rayon Padar kəndində yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatından və ona əlavə edilmiş sənədlərdən görünür ki, şöbədə xx.xx.2022-ci il tarixdə icraatına başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2652,04 manat pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli olduğundan borcluya xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə əlaqədar bildiriş göndərilmiş, 10 gün vaxt verilmiş, lakin icra sənədinin icrası tam təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” sistemindən çıxarılmış məlumata əsasən Borclu mülkiyyətində Oğuz rayon Padar kəndində 0,002460 ha torpaq sahəsində yerləşən **********14-06301 qeydiyyat nömrəli, ********** reyestr nömrəli 18.80 kv.m qeyri-yaşayış olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq borclunun mülkiyyətində olan sözügedən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi istisna olmaqla digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Abdurahmanov məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borclu icra sənədi üzrə borcundan xx.xx.2023-cü ildə 600 manat, xx.xx.2023-cü ildə 1400 manat ödəniş etmiş, 187 manat icra ödənişini xx.xx.2023-cü il tarixdə müvafiq hesaba köçürmüş, qalan borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə Tural Abdurahmanovu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 142944/2022-31-5-004 saylı bildirişin surətindən görünür ki, Borclu borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən çıxarılmış sənədin surətindən görünür ki, Oğuz rayon Padar kəndində 0,002460 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 18,80 kv.m olan 1 mərtəbəli, 3 otaqdan ibarət bina Borclu adına qeydiyyatdadır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, Borclu tərəfindən MPAY QSC vasitəsilə tələbkar "xxxx" ASC-nin hesabına müvafiq olaraq 600 manat və 1400 manat kredit kart ödənişi həyata keçirilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 427 saylı qəbzin surətindən görünür ki, Borclu tərəfindən "xxxx" ASC Oğuz filialında Oğuz rayon İcra və Probasiya şöbəsinin hesabına 186 manat icra ödənişi (07 faiz) həyata keçirilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə Borclu tərəfindən icra sənədi üzrə olan 2652,04 manat borcundan cəmi 2000 manatını ödədiyini nəzərə alaraq hesab edir ki, qalan borcla bağlı borclunun sözügedən əmlakının üzərinə həbs qoyulması borcun məbləğinə adekvat hesab edilmədiyindən təqdimat təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Oğuz Rayon Məhkəməsinin 2(054)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan, Oğuz rayon Padar kəndində 0,002460 ha torpaq sahəsində yerləşən 18,80 kv.m qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar