Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-18/2024 29.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, əizəçi-X1, Borclu Şəmşədddin oğlunun, Maraqlı şəxs rəisi X7 iştirakı ilə, ərizəçi-X1 Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə 29 mart 2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 cavabdeh Borclu qarşı pul tələbi barədə iddiasına Oğuz Rayon Məhkəməsində 01 sentyabr 2022-ci il tarixdə baxılmış, 2(054)-355/2022 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 7300 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 7600 manat pulun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Maraqlı şəxs icraata başlamaq haqqında 12 oktyabr 2022-ci il tarixli qərarı və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmiş, ondan icra sənədində göstərilmiş tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuş, əks təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Tələbin könüllü icrası təmin olunmadığından şöbə tərəfindən Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, ünvan 2 qərardadı ilə ünvan 1 ünvanında yerləşən, 29 aprel 2022-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən Borclu mülkiyyətində olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli, QXM-3528 saylı qiymətləndirmə hesabatına əsasən həmin əmlakın bazar dəyəri 15000 manat müəyyən edildiyindən 11 oktyabr 2023-cü il tarixli məktubla üzərinə həbs qoyulmuş əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə əsasən tələbkara təklif olunmuşdur. Tələbkar tərəfindən təklif qəbul edilmiş, o 11 oktyabr 2023-cü il tarixli ərizə ilə əmlakın adına rəsmiləşdirilməsini xahiş etmişdir. (Müvafiq sənədlər ərizəyə əlavə edilmişdir.) X2 19 mart 2024-cü il tarixdə məhkəməyə qeyd edilən məzmunda ərizə ilə müraciət edərək bildirmişdir ki, icra prosesində əmlakın üzərinə həbs qoyulması tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması kimi başa düşülür və icra sənədinin icrasının tam başa çatdırılması üçün cavabdehin mülkiyyətində olan əmlak tələbkara təklif olunmaqla onun mülkiyyət hüququ tanınmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədinin Borclu hazırki qalıq 7600 manat borcunun ödənilməsi ilə bağlı hissəsində icra üsulunu dəyişdirib borcluya məxsus, məhkəmənin 8(054)-29/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, 15000 manat dəyərində qiymətləndirilmiş əmlakın-qeyri-yaşayış binasının dəyərinin fərqi olan 7400 manat pulu borcluya ödəmək şərtilə 7600 manat borc qarşılığında onun mülkiyyətinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verdi, borclu tərəfindən pul indi verilsə razılaşacağını bildirdi, əks halda ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs rəisi X10 məhkəmə iclasında tələbkarın ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iki dəfə keçirilən qiymətləndirmə haqqında borcluya rəsmi məlumat verilib. Əmlakın yerləşdiyi torpaq dövlət mülkiyyətində olub, hazırda icarədədir. İkinci qiymətləndirmədə əmlaka 15000 manat qiymət qoyulub. Dəfələrlə vaxt verilib, şərait yaradılsa da tərəflər razılığa gələ bilməyiblər. İcra sənədi üzrə tələb olunan pul ödənilsə, tərəflərin razılığı olmadan işə xitam verilməklə əmlakın üzərindən həbs götürüləcək. Qanuni qərar çıxarılmasını xahiş etdi. Borclu məhkəmə iclasında ərizəyə etiraz edərək bildirdi ki, tələbkardan borc almayıb, pul verməli deyil. Amma qətnamə qanuni qüvvədə olduğundan mülkiyyətində olan əmlakı satıb tələbkarın pulunu verəcək, bunun üçün ona vaxt lazımdır. Qiymətləndirmədən narazıdır. Ona məlumat verilməyib. İldırım hazırda üzərinə həbs qoyulmuş qeyri-yaşayış binasında yaşayır, o çıxmadan əmlakı sata bilmir. Bir ay müddətində tələbkarın pulunu verəcək, amma tələbkar oradan çıxmalıdır, yaxud 10 gün müddət verilsə pulu verəcək. Ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası uzun müddət təmin olunmadığından və iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu nəzərə alınmaqla ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 aprel 2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ünvan 2 qərardadı ilə üzərinə həbs qoyulmuş və 15000 manat dəyərində qiymətləndirilmiş qeyri-yaşayış binasının dəyərinin fərqi olan 7400 manat pul tələbkar tərəfindən borcluya ödənilmək şərtilə həmin əmlak 7600 manat borc qarşılığında X1 mülkiyyətinə verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-18/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-18/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver