Məhkəmə qərarları › İş №8(054)-2/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-2/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-2/2024 09.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Tələbkar nümayəndəsi X8, Maraqlı şəxs rəisi X6 iştirakı ilə, Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icra yerinin dəyişdirilməsi barədə ərizəsinə 09 fevral 2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Tələbkar cavabdeh X3 qarşı uşaqla ünsiyyətdə olmanın qaydasının müəyyən edilməsi tələbi barədə iddiasına Oğuz Rayon Məhkəməsində 24 dekabr 2019-cu il tarixdə baxılmış, 2(054)-581/2019 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar cavabdeh X5 ilə birgə nikahından 28 avqust 2017-ci il tarixdə anadan olmuş övladı X7 ilə hər həftənin bazar günləri, həmçinin hər ilin Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının ikinci günü saat 10:00-dan saat 13:00-dək Oğuz rayonu ərazisində, cavabdeh X1 zəruri hesab etdiyi və arzu etdiyi halda, onun özünün kənardan müşayiət etməklə iştirakı ilə ünsiyyətdə olması qaydası, tərəflərin birgə nikahından anadan olmuş X4 iddiaçıya verilməsi və uşağın cavabdehə qaytarılması yeri cavabdehin yaşadığı Oğuz rayonu Bucaq kəndində müəyyən edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə tərəflərə göndərilmiş, qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi 27 yanvar 2020-ci il tarixli məktubla icra edilməsi üçün Oğuz rayon İcra şöbəsinə göndərilmişdir. Tələbkar 30 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, qətnamənin icrasının təmin edilməsi üçün Oğuz rayon İcra Probasiya şöbəsi tərəfindən icra vərəqəsi borclunun yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsi, ünvan 1 ünvana uyğun olaraq aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədində uşağın tələbkarla görüşünün Oğuz rayonu ərazisində olması müəyyən edildiyindən icra sənədi icraata qəbul edilmədən geri qaytarılmışdır. Sözügedən qətnamədə görüş yeri və qaydası ilə bağlı məsələdə razılaşmaları həmin dövrdə aktual olmuş, hazırki vaxtda Borclu və övladı Dənizin yaşayış yerini dəyişməsi səbəbli görüş yeri ilə bağlı müəyyən çətinliklər yarandığından övladı ilə görüşməsi baş tutmur, nəticədə hüququ pozulur. Qeyd olunanlara əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədi üzrə X4 ona verilməsi və uşağın qaytarılması yerinin borclunun yaşadığı Oğuz rayonu Bucaq kəndində müəyyən edilməsini dəyişdirməklə görüş yerinin Azərbaycan Respublikası ərazisində borclunun faktiki yaşayış yeri üzrə icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 Əliyevin oğlu olduğunu bildirdi, onun ərizəsinin məzmununa uyğun izahat verdi, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs rəisi X11 məhkəmə iclasında tələbkarın ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinin tələblərinə uyğun olaraq Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədi icrası mümkün olmayan icra sənədi kimi şöbənin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəməyə qaytarılmış, yalnız bundan sonra tələbkar qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini, tələbkarın uşaqla ünsiyyət qaydasının borclunun faktiki yaşadığı yer nəzərə alınmaqla müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Borclu məhkəmə iclasında iştirak etməsə də, 08 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə işə baxılmasına etiraz etmədiyini bildirmiş, görüş yerinin dəyişdirilərək Sumqayıt şəhərində Bağça şəhər yaşayış kompleksində günorta saatlarında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə X9 və Zaur Rəfiyevi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasının təmin edilməsi borclunun faktiki yaşayış yerinin müəyyən edilməsindən bilavasitə asılı olduğundan ərizə təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədində göstərilən qaydada tələbkarın övladı ilə ünsiyyətinin həyata keçirilməsi yeri borclunun faktiki yaşayış yeri olaraq müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədi üzrə icra yerinin dəyişdirilməsi barədə ərizəsi təmin olunsun. Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-581/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədində göstərilən qaydada övladı X7 ilə ünsiyyətinın təmin edilməsi yeri Azərbaycan Respublikası ərazisində borclunun faktiki yaşayış yeri olaraq müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar