Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-2/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, borclu X1, Tələbkar, Maraqlı şəxs icra məmuru X6 oğlunun iştirakı ilə, Oğuz rayon Kərimli kənd sakini X1 Şəki Apelyasiya Məhkəməsinin 2(107)-965/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar (iddiaçı) cavabdeh Borclu (cavabdeh) qarşı 56542 manat borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun, 50 manat mediasiya xərci və 260 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 54462 (əlli dörd min dörd yüz altmış iki) manat əsas borc, vəkilə hüquqi yardım üçün 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş,iddia tələbi 100 manat hüquqi yardım, 6,61 manat dövlət rüsumu tələbi hissəsində təmin edilməmişdir. Cavabdeh X1 qətnamədən verdiyi apelyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Şəki Apelyasiya Məhkəməsində baxılmış, Mülki Kollegiyanın 2(1-7)-965/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-158/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 54462 (əlli dörd min dörd yüz altmış iki) manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, iddia tələbi qaıan hissədə təmin edilməmişdir. Qanuni qüvvəsini almış qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə X2 təqdim edilmiş, borclu xx.xx.2024-cü iltarixdə bu barədə bildirişin üzərində yazaraq imza etmişdir. Borclu həmçinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şöbəyə izahat verərək aylıq gəlirinə uyğun xx.xx.2024-cü il tarixdən hər ay 100 manat, daha sonrakı izahatlarda hər ay 150 manat ödəyəcəyini bildirmişdir. X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamə ilə təyin olunmuş borc pulun ayda 250 manat olmaqla hissələrlə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.O, ərizəsini əsaslandıraraq bildirmişdir ki, hər dəfə 150 manat ödəməyinə baxmayaraq tələbkar pulları almaqdan imtina etmiş, borcu birdəfəyə ödəməyini tələb etmişdir. Tələbkarın şikayəti əsasında Maraqlı şəxs tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilmiş, xx.xx.2024-cü il tarixli qərarla 15 gün, xx.xx.2024-cü il tarixli qərarla 17 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borc kifayət qədər yüksək məbləğdə olduğundan birdəfəyə ödəmək imkanı yoxdur. Borcun ayda 250 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu X3 ərizəsinin məzmununa uyğun izahat verdi, əlqavə olaraq bildirdi ki, maddi imkanı olmaığından tələbkarın ayda 500 manat ödəmək təklifini də qəbul edə bilmir, bəlkə 300 manatdan ödəyə bilər. Tələbkarın yanında işləyə də bilməz, çünki iş ağırdır, yaşı isə buna imkan vermir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1-7)-965/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc məbləğinin ayda 250 manat olmaqla hissələrlə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, borclunun ayda 250 manatdan ödəmək istədiyi borc məbləğinin son ödənişi üçün 18 il tələb olunur. Bu müddəti gözləmək üçün onun və borclunun ömrünün yetəcəyi sual altındadır. Borclunun işləyəndə alıb-yığdığı qızılları var. Onları satıb borcun xeyli hissəsini ödəyə bilər. Bundan sonra qalan məbləği ayda 500 manat olmaqla ödəməyə razılıq vermək olar. Digər təklif olaraq borclunu yanında işləməyə dəvət edir. Hesablanacaq əmək haqqından hər ay 400 manat çıxılmaqla borcun hissələrlə ödənilməsi təmn edilə bilər. Ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X4 bildirdi ki, icra sənədi xx.xx.2024cü ildə icraata qəbul edildikdən sonra bir neçə dəfə izahatlar alınıb, zəruri və məcburi icra tədbirləri həyata keçirilib. Hazırda işi istintaq orqanına göndərmək üçün sənədləri hazırlayırlar. Əgər tərəflər razılaşsalar. o zaman işin icraatını dayandırmaq mümkündür. Qanuni qərar çıarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, borclu X1 ərizəsinə əlavə etdiyi poçt göndərişlərinin surətindən görünür ki, o, icra sənədi icraya yönəldiləndən sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə hər dəfə 150 manat olmaqla, borcundan cəmi 1050 manat pul ödəmişdir. Ərizəçi borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti haqqında, habelə qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələlərin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 12-ci bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, icra sənədinin ayda 250 manat olmaqla icra edildiyi təqdirdə icra işinin müddətinin uzun illəri əhatə edəcəyi, bu isə tələbkarın qanunla qorunan hüquqlarını pozmuş olacağı, habelə borclu tərəfindən əmlak vəziyyətinin borcun tam və yaxud qismən ödənilməsinə yetərli olub-olmadığına dair sübutların təqdim edilmədiyi nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən qəraraaldı: Oğuz rayon Kərimli kənd sakini X1 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-965/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-2/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-2/2025
16.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver