Məhkəmə qərarları › İş №8(054)-20/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-20/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-20/2025 17.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, tələbkar İsmayılzadə (Osmanova) Nigar Əleysər qızının Oğuz Rayon Məhkəməsinin 2(054)-270/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizəsinə 17 mart 2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar İsmayılzadə (Osmanova) X3 Rayon Məhkəməsinin 2(054)-270/2019 saylı, 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı İsmayılzadə (Osmanova) Nigar Əleysər qızının cavabdeh Borclu qarşı aralarında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 04 aprel 2013-cü il tarixdə 513 sayla qeyd edilmiş nikahın pozulması, azyaşlı övladları-03 oktyabr 2012-ci il tarixdə anadan olmuş X1 və 12 avqust 2015-ci il tarixdə anadan olmuş Osmanlı Kənan ilham oğlunun himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair işə Oğuz Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə baxılaraq 2(054)- 270/2019 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı İsmayılzadə (Osmanova) Nigar Əleysər qızı ilə cavabdeh Borclu arasında 04 aprel 2013-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 513 sayla qeydə alınmış nikah pozulmuş, 03 oktyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 12 avqust 2015-ci il tarixdə anadan olmuş Osmanlı Kənan ilham oğlu iddiaçı İsmayılzadə (Osmanova) Nigar Əleysər qızının himayəsində saxlanılmış, cavabdeh Borclu qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, 03 oktyabr 2012-ci il tarixdə anadan olmuş X1 və 12 avqust 2015-ci il tarixdə anadan olmuş Osmanlı Kənan ilham oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İsmayılzadə (Osmanova) Nigar Əleysər qızının xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 02 aprel 2019-cu il tarixdən hesab edilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Tələbkar İsmayılzadə (Osmanova) Nigar Əleysər qızı ərizəsini əsaslandıraraq bildirmişdir ki, 2019-cu ildə ölkədə minimum əmək haqqı 180 manat olmuş, hazırda isə 400 manatdır. 2019-cu ildə himayəsində olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşağa 120 manat aliment həmin il üçün minimum əmək haqqının 0,66 misli həddində müəyyən edilir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yaranmışdır. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilmiş və göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabit pul məbləği barədə aliment 2019-cu ilin avqust ayında təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamı ilə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasında minimum əmək haqqı 180 AZN müəyyən edilmişdir.(Həmin məbləğ xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur.) Göstərilənlərə əsasən məhkəmə 2019-cu il üzrə bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində alimentin həmin zaman qüvvədə olan minimum əmək haqqının 0,66 mislini təşkil etdiyini nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı qətnaməsinə əsasən Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunmasını əsaslı sayır. MPM-nin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı qətnaməsinə əsasən cavabdeh Borclu tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar