Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-21/2024 15.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 13 mart 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-225/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 2317,31 manat pul tutularaq Tələbkar QSC BOKT-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun xx.xx.2017-ci ildə ümumvətəndaş pasportu alması və əvvəllər xarici ölkəyə keçməsi müəyyən edilmişdir. Gələcəkdə borcu qərəzli olaraq ödəmməkdən boyun qaçırmaq üçün borclunun ölkə hüdudlarını tərk etmək ehtimalının olması nəzərə alınaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməli olduğundan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də tələbkar nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi Zaur Rəfiyev təqdimatın məzmununa uyğun izahat verdi, məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın məzmununu təsdiq etdi və təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə şöbənin nümayəndəsini və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xx.xx.2022-ci il tarixli telefonoqrammanın, xx.xx.2024-cü il tarixli çağırış və izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək istifadə hüququ ilə C01574570 saylı ümumvətəndaş pasportu əldə etmiş, 2017-2020-ci il tarixlərdə ölkə sərhəddindən girişçıxış etmişdir. Tələbkar QSC BOKT-nin təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3-7/2732 saylı məktubunun surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin e-2(054)-225/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədi üzrə Borclu barədə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 13 mart 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu,xx.xx.1986-cı ildə Vartaşen rayonu Xalxal Qışlaq kəndində anadan olmuş, Oğuz rayon Xalxal Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar QSC BOKT-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-21/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-21/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver