Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-23/2024 06.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-516/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 6339 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etməmiş, heç bir ödəniş aparmamışdır. Borclunun hazırki vaxta 6239,88 manat qalıq borcu mövcuddur. Borclunun yeri müəyyən edilmədiyindən onun barəsində axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Şöbədə izahatı alınarkən borclu gələcəkdə işlə bağlı xarici ölkəyə getmək niyyətində olduğunu bildirmişdir. Borclunun gələcəkdə qərəzli olaraq borcunu ödəməkdən boyun qaçıraraq ölkə ərazisini tərk etmək ehtimalının olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Oğuz rayon İcra və Probasiya şöbəsinin və tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Borcluya göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş F-20-də “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, borclunun iş materiallarında göstərilmiş ünvanına uyğun olaraq ünvan 1ildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-92/2024 saylı məktubla Borclu qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını, imkan olan kimi bildirişin ona çatdırılacağını bildirmişdir..Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli, e294575/2023-31-6-004 saylı bildirişin, xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1996-cı ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" KB ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-23/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-23/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver