Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-24/2024 26.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-611/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 2250,08 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etməmiş, heç bir ödəniş aparmamışdır. Borclunun ümumvətəndaş pasportunun olması və əvvəllər ölkəni tərk edərək xarici ölkəyə getməsi müəyyən edilmiş, borclunun gələcəkdə qərəzli olaraq borcunu ödəməkdən boyun qaçıraraq ölkə ərazisini tərk etmək ehtimalının olduğunu nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir.Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Borcluya göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş F-20-də “ünvanda tapılmayıb” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, borclunun qeydiyyat ünvanına uyğun olaraq Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-039/2024 saylı məktubla Borclu qeydiyyatda olmasına baxmayaraq Oğuz şəhəri ərazisində yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 29442/2023-31-6-004 saylı bildirişin, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq və izahatların surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək istifadə hüququ ilə C01261053 saylı ümumvətəndaş pasportu əldə etmiş, 2017-ci ilin iyul və sentyabr aylarında ölkə sərhəddindən giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1996-cı ildə Oğuz şəhərində anadan olmuş, Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 4, mənzil 6-da qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" MMC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-24/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-24/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver