Məhkəmə qərarları › İş №8(054)-25/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-25/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-25/2024 29.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli təqdimatla bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)- 415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 603 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməli olduğundan cavabdehə tələbin könüllü icrası üçün vaxt verilmiş, ona müxtəlif tarixlərdə xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunsa da gəlməmişdir. Bununla da Borclu icra sənədinin qanuni icrasının yerinə yetirilməsinə maneələr yaratmışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq borclu Oğuz rayonu Qarabaldır kənd sakini Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimata baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkar "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla üzrlü səbəbdən məhkəmə iclasında iştirakın mümkün olmayacağını bildirmiş, işə iştirakları olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Abdurahmanov məhkəmə iclasında qeyd edilən icra sənədinin icraatında olduğunu, qanuni şəkildə müvafiq prosessual hərəkətlərin aparıldığını, borclu tərəfindən indiyədək icra vərəqəsinin icrası ilə bağlı hər hansı tədbirin görülmədiyini, tələbin könüllü icrası haqqında bildirişin rəsmi şəkildə borcluya təqdim edildiyini, borclunun şöbənin çağırışlarından yayındığını, tələbkarın borclu barəsində tədbirlərin görülməsini tələb etdiyini, borclunun atasının borcu ödəmək üçün iltizam verdiyini bildirdi, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbkardan müharibədən 3 gün əvvəl əşya satın almışdır. Müharibədən qayıtdıqdan sonra ödəniş etməyib. Pulu birdəfəyə ödəyə bilmir, işsizdir, ailəsinə zorla baxır. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 259674/2021-31-5-004 saylı bildirişin, borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024cü il tarixlı qərarın, həmin qərarın çatdırılması barədə xəbərnamənin surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırması əsasında borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun hazırki məhkəmə iclasında iştirakı da nəzərə alınmaqla təqdimatın təmin edilməsi məqsədə müvafiq deyil. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz Rayon Məhkəməsinin 2(054)-415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin 09 aprel 2024-cü il tarixli təqdimatı təmin edilməsin. Qərardaddan surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar