Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-28/2024 29.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-625/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsi xx.xx.2024-cü il tarixli təqdimatı ilə bildirmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)- 625/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 3467 manat pul alınaraq Tələbkar xeyrinə verilməli olduğundan borcluya tələbin könüllü icrası üçün vaxt verilmiş, lakin o, borcundan heç bir ödəniş etməmişdir. Borcluya müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət edilmiş, lakin o heç bir səbəb gətirmədən çağırışlara gəlməmişdir.Borclu qanunla nəzərdə tutulmuş müddət ərzində üzrsüz səbəbdən məhkəmə qərarını icra etməmişdir, xx.xx.2024-cü il tarixdə borcluya 03 gün müddətində icra sənədinin icrasını tam təmin edərək şöbəyə gəlməsi barədə qərar qəbul olunaraq göndərilmiş, qərar borclunun anası tərəfindən rəsmi şəkildə qəbul edilməsinə baxmayaraq borclu şöbəyə gəlməkdən imtina etmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq borclu, Oğuz rayon Kərimli kəndində anadan olmuş, Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Oğuz rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimata baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Oğuz rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin, SMS bildirişlərin, xx.xx.2024-cü il tarixli izahat, iltizam və rəsmi xəbərdarlığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-625/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, Oğuz rayonu, Kərimli kəndində yaşayan Borclu Oğuz rayon İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Oğuz rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-28/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-28/2024
29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver