Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-3/2024 09.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 25 yanvar 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-602/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 4067,88 manat kredit borcu və 60,68 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun xx.xx.2017-ci il tarixdə ümumvətəndaş pasportu alması və əvvəllər xarici ölkəyə giriş-çıxış etməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən icra sənədinin məcburi icrasının təmin olunması ilə əlaqədar borc tam şəkildə ödənilib qurtaranadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verdi,əlavə olaraq bildirdi ki, borclu əvvəllər xarici ölkəyə gedib, yenə də xarici ölkəyə getmək ehtimalı mövcuddur. Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, kreditlə 3 ədəd telefon götürmüşdür, əvvəllər işlədiyindən borcunu ödəsə də, sonra iş yeri bağlandığından pulu ödəyə bilməmişdir. Hazırda işləmir, heç yerdən gəliri yoxdur, Rusiya Federasiyasına gedib işləyərək pulu ödəyə bilər. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə şöbənin nümayəndəsini və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xəbərnamənin surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək istifadə hüququ ilə C01282618 saylı ümumvətəndaş pasportu əldə etmiş, xx.xx.2017-xx.xx.2017, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə ölkə sərhəddindən giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 25 yanvar 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1995-ci ildə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, Oğuz rayon Filfilli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-3/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-3/2024
09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver