Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-30/2025 14.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-640/2024 saylı, 15 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizəsinə 14 aprel 2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-640/2024 saylı, 15 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla hər ay 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir.Borclunun ünvanına uyğun olaraq icra nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli məktubla Borclu nümayəndəliyin ərazisində yaşamadığını, qeyri-rəsmi məlumatlara görə Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment tələbinə dair işə Oğuz Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə baxılaraq 2(054)-640/2024 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, 15 may 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu qazancından və başqa gəlirlərindən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 23 sentyabr 2024-cü il tarixdən hesablanması qət edilmişdir. Tələbkar ərizəsini əsaslandıraraq bildirmişdir ki, 2024-cü ildə ölkədə minimum əmək haqqı 345 manat olmuş, 2025-ci ildə isə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. 2024-cü ildə himayəsində olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 175 manat aliment həmin il üçün minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yaranmışdır. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, özünün aylıq gəliri 350 manatdır. Qətnamə icraya yönəldildikdən sonra aliment borcu müntəzəm ödənilir. Alimentin Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-640/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğ, habelə 2025-ci il üçün minimum əmək haqqı məbləği nəzərə alınmaqla indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilmiş və göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabit pul məbləği barədə aliment 2024-cü ildə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamı ilə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasında minimum əmək haqqı 345 AZN müəyyən edilmiş, həmin məbləğ xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Göstərilənlərə əsasən məhkəmə 2024-cü ildə bir uşaq üçün təyin edilmiş 175 manat məbləğində alimentin həmin zaman qüvvədə olan minimum əmək haqqının 0,50 mislini təşkil etdiyini nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)- 640/2024 saylı qətnaməsinə əsasən Borclu tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunmasını əsaslı sayır. MPM-nin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-640/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu tutulan sabit pul məbləğində alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-30/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-30/2025
14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver