Məhkəmə qərarları › İş №8(054)-31/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-31/2024

10.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-31/2024 10.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X2 oğlunun, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 18 aprel 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-625/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 3467 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Tələbkar şöbəyə ərizə ilə müraciət edərək borclunun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu tərəfindən indiyədək qətnamənin icrası təmin edilməmişdir. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməli olduğundan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də tələbkar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X1 təqdimatın məzmununa uyğun izahat verdi, məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın məzmununu təsdiq etdi, ölkədən getmək fikrinin olmadığını və təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə şöbənin nümayəndəsini və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli aktın, SMS bildirişlərin, xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Tələbkar təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-625/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu barədə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 18 aprel 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1989-cu ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar