Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-35/2024 20.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X1 oğlunun, borclular Borclu2 və Borclu1 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin e-2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəsinə əsasən icraata xitam verilməsi məsələsinə baxılmasına dair Maraqlı şəxs 07 may 2024-cü il tarixli, 79195/2024-31-5 saylı məktubuna və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Maraqlı şəxs 07 may 2024-cü il tarixli, 79195/2024-31-5 saylı məktubla müraciət edərək Oğuz Rayon Məhkəməsinin 2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar tələbdən imtinası barədə ərizəsinə əsasən icraata xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məktuba əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu2 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,08 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı Tələbkar qaytarılması, qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisinin (kanalizasiya quyusu və digər qurğular) cavabdeh Borclu2 vəsaiti hesabına sökülməsi, cavabdeh Borclu1 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,02 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçı Tələbkar qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95 manat müayinə və tədqiqat xərcinin - cəmi 195 manat məbləğin cavabdehlər Borclu2 və Borclu1 birgə qaydada tutularaq iddiaçı Tələbkar oğluna ödənilməsi qət edilmişdir. Borclulara tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli, e79195/2024-31-5-004 saylı bildiriş və icraata başlamaq haqqında həmin tarixli qərar göndərilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş ərizəsi ilə bildirmişdir ki, hazırda cavabdehlər Borclu2 və Borclu1 ilə barışmışdır. Həmin qətnamənin icrasının davam etdirilmısini istəmir. Tələbkar tələbdən imtinası nəzərə alınmaqla Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq şəkildə məlumat verilmiş, tələbkar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru Tural Abdurahmanov bildirdi ki, icra sənədi əsasında bütün qanuni icra tədbirləri həyata keçirilib.Tələbkar ərizə verərək artıq borclulardan heç bir tələbinin olmadığını bildirib icraata xitam verilməsini xahiş etmişdir.”İcra haqqında” Azərbaycan Respublikası Qanununa görə tələbkarın tələbdən imtinası barədə ərizəsi məhkəmə tərəfindən araşdırılaraq məsələyə qiymət verilməlidir. Tələbkarın ərizəsinə əsasən icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Borclu2 bildirdi ki, tələbkar qardaşı Məmmədin qızı, digər borclu qardaşıdır. Torpaqla bağlı mübahisə anlaşılmazlıq səbəbli məhkəmə qaydasında həll edilsə də, artıq aralarında razılığa nail olunmuşdur. Tələbkar qardaşı qızı olsa da, onun nümayəndəsi atasıdır və bütün məsələləri birlikdə həll etmişlər. 6000 manat pul müqabilində borc müqaviləsi bağlanmış, torpağa görə isə onun adına etibarnamə verilmişdir. Müəyyən müddət keçdikdən sonra razılaşmaya görə alqı-satqı müqaviləsi bağlanacaq və məsələ tam şəkildə öz həllini tapacaqdır. Buna görə də artıq icra sənədinin şöbənin icraatında qalmasını istəmir. Əslində tələbkarın da xahişi bundan ibarətdir. İcra sənədi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu1 bildirdi ki, əslində iddia tələbinin ona aidiyyəti yox idi, lakin icra sənədində onun da torpaqdan çıxarılması göstərilib. Qardaşları arasında olan razılıq ona münasibətdə də eynidir, yəni ümumi razılaşma 6000 manat müqabilində olub. İcra sənədi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma nəzərə alınmaqla tələbkarın tələbdən imtinası qəbuledilən olduğundan icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Tələbkar tələbdən imtinası qəbul edilsin. Oğuz Rayon Məhkəməsinin e-2(054)-376/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-35/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-35/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver