Məhkəmə qərarları › İş №8(054)-36/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-36/2025

14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-36/2025 14.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda Borclu və qeyrilərindən müştərək qaydada 2611,41 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etmədiyindən onun əmlak vəziyyətinin öyrənilməsi üçün “Elektron icra” sistemi vasitəsilə axtarış aparılmış, borcluya məxsus heç bir əmlakın olmadığı müəyyən edilmişdir. İndiyədək borcdan ödəniş edilməmiş, hazırda icra sənədi üzrə borc məbləği 2611,41 manat təşkil edir. “Elektron İcra” sistemindən Borclu ümumi vətəndaş pasportunun olduğu və xarici ölkəyə gedib-gəldiyi, hal-hazırda da xarici ölkədə olduğu müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra sənədi üzrə borc məbləği tam şəkildə ödənilənədək borclunun barəsində məcburi icra tədbiri olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr.də, tələbkar və Oğuz rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin və xəbərnamənin surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə rəsmi məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək istifadə hüququ ilə C01296061 saylı ümumi vətəndaş pasportu əldə etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icraatı zamanı müəyyən olundu ki, sözügedən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də, həmin vaxtdan indiyədək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun ümumi vətəndaş pasportunun olduğu, dəfələrlə ölkədən kənara gedib gəldiyi və hazırda da ölkədən kənarda olduğu müəyyən olunmuşdur. Hazırki halda isə borclunun ölkə xaricində olmaqla borcu ödəməkdən yayınmasına dair şübhələr mövcuddur. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1992-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar QSC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar