Məhkəmə qərarları › İş №8(054)-4/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-4/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-4/2024 22.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 08 fevral 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 7222,57 manat kredit borcu və 92,93 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun xx.xx.2021-ci il tarixdə ümumvətəndaş pasportu alması və əvvəllər xarici ölkəyə giriş-çıxış etməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən icra sənədinin məcburi icrasının təmin olunması ilə əlaqədar borc tam şəkildə ödənilib qurtaranadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verdi,əlavə olaraq bildirdi ki, borclu əvvəllər xarici ölkəyə gedib, yenə də xarici ölkəyə getmək ehtimalı mövcuddur. Ona görə də məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, Tələbkar ASC-dən kredit götürərkən hərbiçi işləmiş, buna görə əvvəllər borcunu ödəsə də, sonra işdən çıxdığından ödənişi davam etdirə bilməmişdir. Xarici ölkəyə iş yerindən ezamiyyət qaydasında getmişdir. Hazırda işləmir, heç yerdən gəliri yoxdur, xarici ölkədə getmək fikri də yoxdur. İş axtarır. Təqdimatın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə şöbənin nümayəndəsini və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xəbərnamənin, xx.xx.2024-cü il tarixli xəbərdarlığın və izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək istifadə hüququ ilə C03649847 saylı ümumvətəndaş pasportu əldə etmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə ölkə sərhəddindən giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 08 fevral 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1993-cü ildə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, Oğuz rayon Xalxal kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar