Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-41/2025 14.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs rəisi X3 iştirakı ilə Kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin borclular Borclu1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarından Tələbkar ASC-nin şikayətinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə əsasən xx xxxxxxx 1981-ci il tarixdə ünvan 1ində anadan olmuş, həmin kənddə yaşayan Borclu1 və 15 iyul 1961-ci il tarixdə ünvan 1ində anadan olmuş, həmin kənddə yaşayan borclu X1 müştərək qaydada 331,38 manat əsas borc və 294,87 manat faiz borcu və 20,00 manat dövlət rüsumu cəmi 646 (altı yüz qırx altı) manat 25 (iyirmi beş) qəpik tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Məhkəmə əmri üzrə icra sənədi Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Borclu1 adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmək haqqı və pensiya-təqaüd olub-olmaması barədə “elektron icra” informasiya sistemi üzrə axtarış aparılmış, borcluya aid əmlak və gəlir yeri aşkar edilməmişdir. Borclu1 icra sənədində göstərilən, ünvan 1i ünvanında olmuşlar, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Həmçinin, borcludan izahat alınmış, o, hazırda heç bir yerdə işləmədiyini, gəlir və qazanc yerinin olmaması və əmlak vəziyyətinə görə ödəniş edə bilmədiyini, gələcəkdə maddi vəziyyəti yaxşılaşarsa ödəniş edə biləcəyini bildirmişdir. Bundan başqa digər Borclu2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, onun adına əmlakın və vərəsənin olmaması müəyyən edilmişdir . İcra sənədinin icrası mümkün olmadığına görə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbinə əsasən icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. İş üzrə Tələbkar ASC Maraqlı şəxs rəisi X3 məhkəmə əmrinə dair icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC şikayətində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclular Borclu1 və X4 həmin icra sənədini icra etməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı qərarına əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlər görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmiş, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamış və yaşayış yerinə baxış keçirməmişlər. Bununla yanaşı Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamış və borclunun yaşadığı mənzilə baxış barədə heç bir rəsmi bildiriş verilməmişdir. Həmçinin, icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Qeyd olunanlara əsasən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi məhkəmədən xahiş edilir. Tələbkar ASC-nin nümayəndəsi və borclu hazırki şikayətə baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs rəisi X5 Tələbkar ASC-nin hazırki şikayətini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmri üzrə icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə daxil olmuş və icraata qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi Maraqlı şəxs icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Eyni zamanda, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak açkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Hesab edir ki, icra sənədinin qaytarılması barədə qərar qəbul edilərkən icra haqqında qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. Qeyd etdiklərinə əsasən icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərardan tələbkarın şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Tələbkar ASC-nin hazırki şikayəti təmin edilməli, Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci və 41.2.7-ci maddələrinə əsasən bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə göstərilməlidir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına verilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, qanunvericilikdə icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən bütün tədbirlər görüldükdən sonra, həmin tədbirlər nəticə vermədiyi hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin qaytarılması nəzərdə tutulmuşdur. Ancaq Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdən borclunun faktiki gəlirlərini və əmlak vəziyyətini müəyyən etmək üçün bütün zəruri tədbilərin görüldüyü, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan bütün prosedur qaydalarına tam şəkildə riayət olunduğu müəyyən edilmir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədi icra məmurunun icraatında olduğu illər ərzində icra məmuru tərəfindən hansı icra tədbirlərinin həyata keçirilmiş olması, icra sənədinin icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirlərinin görülməsi (borclunun məcburi gətirilməsi, onun inzibati məsuliyyətə cəlb edilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və sair) ilə bağlı müvafiq sənədlər tam şəkildə qərara əlavə edilməmişdir. Eyni zamanda borclunun bank saxlancında əmlakının və bank hesabının mövcud olub-olmaması barədə müvafiq orqana sorğu verildiyi də iş materiallarından müəyyən edilmir. Bundan başqa, hazırda tələbkara ödənilməli olan cəmi borc 351,38 manat təşkil edir və borclunun izahatından da aydın olduğu kimi o, son 5 il ərzində bu məbləğdən heç bir ödəniş etməmişdir. Borclunun adına gələcəkdə tələbin yönəldilə biləcəyi hər hansı əmlakın və ya qiymətli əşyaların aşkar olunacağı halları da istisna edilmir. Ancaq icra məmuru hazırda borclunun adına qanunla tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya qiymətli əşyalar aşkar edilməməsi əsası ilə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək onun barəsində olan icra sənədini əsassız olaraq geri qaytarmışdır. Göründüyü kimi, Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarında qeyd edilən əsaslarla icra sənədinin məhkəməyə qaytarılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutları məcmu halında araşdıraraq və Tələbkar ASC-nin hazırki şikayətini əsaslandırdığı hallara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, Tələbkar ASC-nin hazırki şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarı mülki və mülki-prosessual qanunvericiliyin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarından Tələbkar ASC-nin verdiyi şikayət təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 549 / 2015 nömrəli məhkəmə əmrinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs rəisi X3 xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-41/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-41/2025
14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver