Məhkəmə qərarları › İş №8(054)-45/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-45/2024

13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-45/2024 13.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda Borclu hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etməmiş, heç bir ödəniş aparmamışdır. Borclunun hazırki vaxta 1020 manat qalıq aliment borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İnformasiya Sistemindən borclunun xx.xx.2024-cü il tarixdə ölkə ərazisi hüdudlarını tərk edərək Gürcüstan Respublikasına getdiyi müəyyən edildiyindən onun dövlətlər arası axtarışa verilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunaraq icra edilməsi üçün Oğuz rayon Polis şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və tələbkar X3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Borcluya göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş F-20-də “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, borclunun iş materiallarında göstərilmiş ünvanına uyğun olaraq ünvan 1ildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2- 20/2024 saylı məktubla Borclu qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını, imkan olan kimi bildirişin ona çatdırılacağını bildirmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli, e117386/2024-31-5-004 saylı bildirişin, xx.xx.2024-cü il tarixli izahat və xəbərdarlığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə ölkə ərazisindən çıxmışdır. Borclunun axtarışı haqqında təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Borclu barəsində dövlətlər arası axtarış elan olunmuş, qərar icra olunması üçün həmin tarixli məktubla Oğuz rayon Polis şöbəsinə göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1988-ci ildə Oğuz rayon Sincan kəndində anadan olmuş, Oğuz rayon Sincan kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar X2 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar