Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-46/2025 23.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və probasiya şöbəsinin rəisi X1, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-683/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda Borclu 2592,61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etmədiyindən onun əmlak vəziyyətinin öyrənilməsi üçün “Elektron icra” sistemi vasitəsilə axtarış aparılmış, borcluya məxsus heç bir əmlakın və gəlir yerinin olmadığı müəyyən edilmişdir. İndiyədək borcdan ödəniş edilməmiş, beləliklə borcludan 181 manat icra ödənişi də tutularaq icra xüsusi fonduna verilməlidir. Borclu izahatı ilə onun əvvəllər xarici ölkəyə gedib-gəldiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra sənədi üzrə borc məbləği tam şəkildə ödənilənədək borclunun barəsində məcburi icra tədbiri olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr.də, tələbkar nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və probasiya şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, tələbkara kredit borcunun ödənilməsini təmin etməli olduğunu başa düşür. Əvvəllər dırnaq ustası işləyib, lakin hazırda işləməsi mümkün deyil, çünki boğazında şiş var, müalicə olunur. Buna görə də 5 aydır Abşeron rayonunda, Xırdalan şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamağa məcburdur. Övladı və əri də xəstədir, ailənin dolanacağının təminatına atası kömək edir. Xarici pasportu olub, deyəsən müddəti bitib. Onsuz da hal-hazırda ölkədən çıxmaq fikri yoxdur. Ona görə də ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz etmir. Təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin və xəbərnamənin surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə rəsmi məlumat verilmişdir. Borclu təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışının surətindən görünür ki, borclu vaxtil xəstəliyi ilə bağlı Gürcüstan Respublikasında olduğunu bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icraatı zamanı müəyyən olundu ki, sözügedən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də, həmin vaxtdan indiyədək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun öz izahatı ilə onun vaxtilə xarici ölkədə olduğu müəyyən olunmuşdur. Hazırki halda isə borclunun ölkə xaricinə çıxmaqla borcu ödəməkdən yayınmasına dair şübhələr mövcuddur. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1989-cu ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" KB ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-46/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-46/2025
23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver