Məhkəmə qərarları › İş №8(054)-47/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-47/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-47/2024 14.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-673/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 3112,62 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)- 96/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda 7785,3 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbləri icra etməmiş, qismən ödəniş apamış, onun hazırki vaxta 10897,92 manat qalıq borcu yaranmışdır. Elektron İcra sistemindən borclunun ümumvətəndaş pasportunun olması və xarici ölkəyə gedib-gəlməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra sənədi üzrə borc məbləği tam şəkildə ödənilənədək borclunun barəsində məcburi icra tədbiri olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr.də məhkəmə iclasında iştirak etməmiş, tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların, tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e- 13371/2024-31-5-004 saylı və xx.xx.2024-cü il tarixli, e113666 saylı bildirişlərin, xx.xx.2024-cü il tarixli izahatın və həmin tarixli xəbərdalığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək istifadə hüququ ilə C01590878 saylı ümumvətəndaş pasportu əldə etmiş, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində ölkə sərhəddindən giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu,xx.xx.1997-ci ildə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, Oğuz rayonu Qumlaq kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkarlar "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar