Məhkəmə qərarları › İş №8(054)-47/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-47/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-47/2025 28.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-26/2015 saylı, 08 yanvar 2015-ci il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizəsinə 28 aprel 2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar Oğuz Rayon Məhkəməsinin 2(054)-26/2015 saylı, 08 yanvar 2015-ci il tarixli icra sənədi üzrə Borclu qarşı alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Borclu cavabdeh Tələbkar qarşı nikahın pozulması tələbinə dair işə Oğuz Rayon Məhkəməsində xx.xx.2015-ci il tarixdə baxılaraq 2(054)-26/2015 saylı qətnamə ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə ilə xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 cavabdehin himayəsində saxlanmaqla onun yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 100 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Tələbkar ərizəsini əsaslandıraraq bildirmişdir ki, aliment təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2015-ci ildə çıxarılmış, həmin vaxt minimum əmək haqqı 105 manat olmuşdur. 2025-ci ildən isə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Buna görə də bir uşağa təyin edilmiş 100 manat alimentin sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə olan minimum əmək haqqının 0,95 misli həddində müəyyən edilməklə ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilmiş və göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabit pul məbləği barədə aliment 2015-ci ilin yanvar ayında təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamı ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasında minimum əmək haqqı 105 AZN müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə 2015-ci ildə bir uşaq üçün təyin edilmiş 100 manat məbləğində alimentin həmin zaman qüvvədə olan minimum əmək haqqının 0,95 mislini təşkil etdiyini nəzərə alaraq, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)- 26/2015 saylı qətnaməsinə əsasən Borclu bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləğinin öllkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmasını əsaslı sayır. Məhkəmə həmçinin borcluya sübutlar əlavə edilməklə qanunla müəyyən edilmiş qaydada alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. MPM-nin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 08 yanvar 2015-ci il tarixli, 2(054)-26/2015 saylı qətnaməsinə əsasən cavabdeh Borclu bir uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar