Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-48/2024 14.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-163/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu övladları ilə birgə Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli təqdimatla bildirmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)- 163/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatda Tələbkar Borclu ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 Borclu alınaraq Tələbkar verilməli olduğundan borcliya tələbin könüllü icrası üçün vaxt verilmiş, ona müxtəlif tarixlərdə xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş, qərəzli olaraq izahat verməkdən imtina etmiş, uşaqları heç bir zaman anasına verməyəcəyini bildirmiş, şöbəni tərk etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borcludan uşaqlarını ona verməsini tələb etsə də, borclunun bundan boyun qaçırdığını, bu məsələ ilə bağlı onun üzərinə gedilərsə onu öldürəcəyi ilə hədələdiyini bildirmiş, icra prosesinin şöbənin inzibati binasında keçirilməsini xahiş etmişdir. Tələbkarın ərizəsi nəzərə alınaraq icra prosesi xx.xx.2024-cü il tarixə şöbənin binasına təyin edilmiş, tərəflərə bu barədə məlumat verilmişdir. Borclu şöbəyə gələrək bildirişi cırıb atdığını, uşaqları verməyəcəyini bildirmişdir. Həm xx.xx.2024-cü il tarixdə, həm də xx.xx.2024-cü il tarixdə məzmuna uyğun aktlar tərtib edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə yenidən şöbəyə gələrək ana vəhabi olduğu üçün uşaqları ona verməyəcəyini, məcburi icra tədbirləri görüldüyü halda cinayət hadisəsi törədəcəyini bildirmişdir. Bu barədə də akt tərtib edilmiş, həmçinin münaqişəli ailə kimi profilaktik tədbirlər görülməsi üçün xx.xx.2024-cü il tarixli məktubla Oğuz rayon prokurorluğuna və Oğuz rayon Polis şöbəsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq borclu Oğuz rayon sakini Borclu övladları ilə birgə Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatın təmin olunması xahiş olunmuşdur. (Aidiyyəti sənədlər iş materiallarına əlavə edilmişdir.) Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirakı etməmiş, bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırması əsasında borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun icra şöbəsinə məcburi gətirilməsi təmin olunmalıdır. Məhkəmə Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatının azyaşlı iki uşağın ata olan borclu ilə birlikdə məcburi gətirilməsi barədə qərar çıxarılmasına dair hissəsinə münasibət olaraq bildirir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin məzmununa görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur, Qanunun məzmunundan yanaşmaqla məhkəmə bildirir ki, azyaşlı uşaqların məcburi olaraq polis vasitəsi ilə gətirilməsi etik qaydalara uyğun və qanuni olmadığından təqdimat həmin hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Təqdimat qismən təmin edilsin Oğuz Rayon Məhkəməsinin 2(054)-163/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1987-cı ildə Oğuz rayonu, Yaqublu kəndində anadan olmuş, Oğuz rayon Yaqublu kəndində yaşayan Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Oğuz rayon Polis şöbəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-48/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-48/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver