Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-49/2024 21.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarlarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-551/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu 2817,7 manat tutularaq tələbkar "xxxx" MMC-yə, 2(054)-559/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda 1189,95 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-yə, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, 2(054)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda 2848 manat pul tutularaq “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə ödənilməli olduğundan borcluya tələblərin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbləri icra etməmiş, heç bir ödəniş aparmamışdır. Şöbənin xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd edilən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclunun hazırki vaxta üç icra sənədi üzrə cəmi 6855,65 manat qalıq borcu mövcuddur. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Oğuz rayon İcra və Probasiya şöbəsi, tələbkarlar "xxxx" KB ASC və “İcbari Sığorta Bürosu” HŞİ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, borclu məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla işə iştirakı olmadan baxılmasını və qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarların, habelə xx.xx.2024-cü il tarixli qərarın, müvafiq olaraq tələbin könüllü icrası haqqında e292574/2023-31-6-004 saylı, e292597/2023-31-5-004 saylı və e137145/2024- 31-5-006 saylı bildirişlərin, xx.xx.2024-cü il tarixli izahat və xəbərdarlığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Borclunun xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o hər üç icra sənədi üzrə borcunun olduğunu, maddi imkanı olmadığından heç bir ödəniş etmədiyini, işlədiyi zaman 200 manat olmaqla ödəniş edəcəyini bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkarlara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1985-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkarlar "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə, “İcbari Sığorta Bürosu” HŞİ-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-49/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-49/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver