Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-5/2024 22.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 05 fevral 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 24.07.201i-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-582/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraatda borclular Borclu və X1 cəmi 8452 ABŞ dolları kredit borcu və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin hesabına ödənilməli olduğundan borclulara tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun xx.xx.2018-ci il tarixdə ümumvətəndaş pasportu alması və əvvəllər xarici ölkəyə giriş-çıxış etməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən icra sənədinin məcburi icrasının təmin olunması ilə əlaqədar borc tam şəkildə ödənilib qurtaranadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xx.xx.2023-cü il tarixli xəbərdarlığın və izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmiş, borclu izahat verərək əvvəllər işlə bağlı xarici ölkədə olduğunu, gələcəkdə münasib iş olarsa xaricə getmək istəyinin olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək istifadə hüququ ilə C01765225 saylı ümumvətəndaş pasportu əldə etmiş, 2018, 2019, 2021 və 2022-ci illərdə ölkə sərhəddindən 10 dəfə giriş-çıxış etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 05 fevral 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1974-cü ildə Oğuz rayonu Yemişənli kəndində anadan olmuş, Oğuz rayon Top kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-5/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-5/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver