Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-51/2024 24.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Oğuz Rayon Məhkəməsinin e-2(054)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Kamaz 5511 Yük markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatından və ona əlavə edilmiş sənədlərdən görünür ki, şöbədə xx.xx.2023-cü il tarixdə icraatına başlanılan, Oğuz Rayon Məhkəməsinin e-2(054)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 435 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli olduğundan borcluya müvafiq tarixdə tələbin könüllü icrası ilə əlaqədar bildiriş göndərilmiş, 10 gün vaxt verilmiş, lakin icra sənədinin icrası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” sistemindən çıxarılmış məlumata əsasən Borclu mülkiyyətində Kamaz 5511 Yük markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkarön nümayəndəsi Rauf Süleymanlı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla işə iştirakı olmadan baxılaraq təqdimatın təmin olunmasını xahiş etmiş, Oğuz rayon İcra və probasiya şöbəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 152283/2023-31-6-004 saylı bildirişin surətindən görünür ki, Borclu borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən çıxarılmış sənədin surətindən görünür ki, Kamaz 5511 Yük markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə icra sənədinin uzun müddət icra olunmadığı halda tələbkarın hüquqlarının müdafiəsi baxımından tarazlığın və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxardığını və Qanunun yuxarıda qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin e-2(054)-332/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Kamaz 5511 Yük markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-51/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-51/2024
24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver