Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-51/2025 23.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün tutulan 80 (səksən) manat sabit pul məbləğində alimentin 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə himayəsində saxlanılmış uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat, yəni həmin il üçün minimum əmək haqqının 0,76 misli həddində təyin edilmişdir. 2025-ci ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 manta məbləğində müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə uşaqları Eşqin və Şəbnəmin hər birinin saxlanması üçün 2015-ci ildə müəyyən edilən aliment məbləğinin indeksasiya edilməklə 400x0,76=304 manat həddində müəyyən edilmişdir. Buna görə də, ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Tələbkar və Borclu məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğindən az olmamaqla aliment tutularaq 08 iyun 2011-ci il tarixdə anadan olmuş X4 və 07 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X1 verilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında Borclu Tələbkar xeyrinə hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğindən az olmamaqla tutulması qət edilmişdir. Hazırda tutulan alimentin miqdarı uşaqların bütün tələbatlarının ödənilməsi üçün kifayət etməməsi əsası ilə tələbkar indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Eyni zamanda qüvvədə olan məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğindən az olmamaqla aliment müəyyən edilmiş olsa da, “Elektron məhkəmə” İnformasiya sistemindən borclunun gəlirləri barədə çıxarışdan görünür ki, borclunun iş yeri yoxdur. Hazırki vəziyyətdə borclunun rəsmi müəyyən edilə bilən gəlirləri olmadığından onun qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment ödəməsi mümkün görünmür. Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin indeksasiyasını hər uşaq üçün minimum nəzərdə tutulmuş 80 manat götürülməklə indeksləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, 2015-ci il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Göründüyü kimi, 2015-ci ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105,0 manat təşkil etmiş, məhkəmə tərfindən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğindən az olmamaqla aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,76 (80:105) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 400 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025 ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün üçün, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-136/2015 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(054)-51/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-51/2025
23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver