Məhkəmə qərarları › İş №8(054)-53/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-53/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-53/2023 27.10.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs rəisi X5, X1 iştirakı ilə İddiaçı Tələbkar cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Tələbkar cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdeh X3 cəmi 5070,00 manat tutularaq iddiaçı Tələbkar hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş məbləğin hissəhissə icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsində qeyd etmişdir ki, o borcunu maddi imkanları daxilində ödəmiş və borcu ödəməkdən yayınmamışdır. O birinci dərəcəli əlilliyi olan anasına baxır. Bundan əlavə oğlu universitetdə, qızı isə orta məktəbdə təhsil alır. O özü isə Oğuz rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınsa da, bugünədək işlə təmin olunmamışdır və işsizdir. Ona görə də xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnamə üzrə tələbkara ödənilməli olan borcun hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsi üzrə olan 5070 manat borcdan müəyyən qədər ödəniş etmiş, hazırda isə tələbkara 3400 manat ödənilməmiş borcu qalmışdır. Qalıq borc məbləği çox olduğundan ödəniş etməkdə çətinlik çəkir. Hər ay 50 deyil, 100 manat ödəməyə də razıdır. Lakin maddi imkanları daxilində əlavə ödənişlər edərək də borcunu bağlamağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar hazırki ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının tələbkarın iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Maraqlı şəxs rəisi X8 məhkəmə qətnaməsinin icra vəziyyəti ilə bağlı izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədi Maraqlı şəxs icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Borclu qətnamə ilə müəyyən edilən məbləğdən 1600 manat ödəniş etmiş və onun hazırda tələbkara 3470 manat ödənilməmiş borcu qalmışdır. Tələkarla telefon əlaqəsi yaratdıqda o, qətnamənin hissə-hissə icrasına razı olmadığını bildirmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri davam etdirilir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmişdir və icra tədbirləri davam etdirilir. Lakin indiyədək icra sənədinin tam şəkildə icrasını təmin etmək mümkün olmamışdır. Borclu məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş məbləğdən cəmi 1600 manat ödəniş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə tələbkara 5070,00 manat borcu olduğu halda, həmin borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi tələbkarın mülkiyyət maraqlarının qorunması baxımından qanunauyğun deyildir və və icra sənədinin vaxtında icra olunmasını bir neçə il ərzində ləngidə bilər. Eyni zamanda, borclu ərizəsində işsiz olduğunu, birinci dərəcə əlilliyi olan anasına baxdığını, ailəsində təhsil alan övladlarının olduğunu və bu səbəblərdən tələbkara olan borcunu ödəyə bilmədiyini qeyd etsə də, məhz hansı səbəbdən hər ay yalnız 100 manat miqdarında ödəniş etmək istədiyini mötəbər sübutlarla əsaslandırılmış şəkildə izah edə bilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə tələbkara ödənilməli olan məbləğin hissə-hissə ödənilməsi üçün əsas olmadığına görə hazırki ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Tələbkar cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 494 / 2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar