Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-6/2025 06.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs rəisi X5 iştirakı ilə Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1na qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarından Tələbkar ASCnin şikayətinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1na qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmrinə əsasən 22 yanvar 1971-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan X1ndan kreditor "xxxx" ASC-nin xeyrinə 591,90 manat əsas borc, 53,39 manat faiz borcu, 10,64 manat cərimə və 20,00 manat dövlət rüsumu - cəmi 675 (altı yüz yetmiş beş) manat 93 (doxsan üç) qəpik tutulması əmr edilmişdir. Həmin məhkəmə əmri icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. xx.xx.2021-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən “X6” Açıq Səhmdar Cəmiyyətinə məxsus Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını Tələbkar ASC-yə satmışdır. Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarı ilə borclu öldüyündən və onun əmlakının vərəsəsinin olmaması müəyyən edildiyindən icraata xitam verilmişdir. İş üzrə Tələbkar ASC Maraqlı şəxs rəisi X5 icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC şikayət ərizəsində qeyd etmişdir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin 2 (054) - 749 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Xitama əsas kimi borclunun vəfat etməsi və bununla bağlı vərəsəlik işinin açılmadığı göstərilmişdir. Həmin qərar qanuna zidd olduğundan ləğv edilməlidir. Belə ki, belə hallarda icraata xitam verilməli deyil, dayandırılmalıdır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun icra məmurunun istinad etdiyi 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə icra sənədi üzrə icraata o halda xitam verilir ki, məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsin. Oğuz Rayon Məhkəməsinin 2 (054) - 749 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi pul tələbinə aiddir ki, belə tələbin də vərəsəlik qaydasında keçməsinə qadağa yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu müddətini tənzimləyən 1246-cı maddəsi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Buna görə də, mirasın vərəsələr tərəfindən qəbulu ehtimalı artıq müddətsizdir. Lakin icra icraatına borclunun vəfat etməsi əsası ilə xitam verilməsi icra sənədi üzrə icra hərəkətlərinin gələcəkdə davam etdirilməsini mümkünsüz edir. Qeyd olunanlara əsasən Maraqlı şəxs rəisi X11 Rayon Məhkəməsinin 2 (054) - 749 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icraatın davam etdirilməsi üçün icra sənədinin Maraqlı şəxsnə qaytarılması məhkəmədən xahiş edilir. Tələbkar ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndəsinin iştirakının imkan xaricində olduğunu bildirmiş, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs rəisi X8 Tələbkar ASC-nin hazırki şikayətini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri icra edilməsi üçün Maraqlı şəxsnə daxil olmuş və icraata qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi Maraqlı şəxs icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. “Elektron icra” sistemindən borclunun əmlakının və vərəsəsinin olmadığı müəyyən edilmişdir. İş üzrə əvvəlcə icraat dayandırılmış, sonra isə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərkən icra haqqında qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. Qeyd etdiklərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan tələbkarın şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Tələbkar ASC-nin hazırki şikayəti təmin edilməməlidir. Belə ki, Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Oğuz Rayon Məhkəməsinin 2 (054) - 749 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X1nun xx.xx.2021-ci il tarixdə öldüyü və “Elektron icra” sistemindən borclunun əmlakının və vərəsəsinin olmadığı müəyyən edildiyindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, icra sənədi borclu öldükdə əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam vermək barədə qərar qəbul etmək icra məmurunun bilavasitə vəzifəsidir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri üzrə icra işinin materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin icra qeydinə dair icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qanunvericiliyin tələbinə uyğun olaraq qəbul edilmiş və qərar qəbul edilənədək həyata keçirilməli olan hərəkətlər də icra məmuru tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Belə ki, Elektron İcra Sistemindən çıxarışa əsasən X3 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edildikdən sonra xx.xx.2023-cü il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə yenidən Elektron İcra Sistemi vasitəsi ilə borclunun tələbin yönəldilə biləcəyi əmlakı olub-olmadığı və vərəsəlik işinin açılıb-açılmadığı yoxlanılmış və tələbkarın adına hər hansı əmlak, eyni zamanda vərəsəlik işi aşkar edilməmişdir. Bundan sonra isə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tələbkarın şikayətində göstərdiyi, mirasın vərəsələr tərəfindən qəbulu ehtimalının müddətsiz olması ilə əlaqədar xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı ilə qüvvədən düşsə də, icra məmuru tərəfindən icra sənədi üzrə icraat ağlabatan müddətdə dayandırılmalıdır. Belə ki, miras əmlakın vərəsələr tərəfindən istənilən zaman qəbul edilmə ehtimalı olduğu kimi, ümumiyyətlə qəbul edilməmə ehtimalı da vardır. Bu halda isə icra sənədi uzun müddət icraatı dayandırılmış və həll edilməmiş şəkildə qalır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasına hər hansı əsas yoxdur. Məhkəmə tədqiq olunmuş sübutları məcmu halında araşdıraraq və Tələbkar ASC-nin hazırki şikayətini əsaslandırdığı hallara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar ASCnin hazırki şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 749 / 2015 nömrəli məhkəmə əmri üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs rəisi X5 xx.xx.2024-cü il tarixli qərarından Tələbkar ASC-nin verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-6/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-6/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver