Məhkəmə qərarları › İş №8(054)-60/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-60/2024

25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-60/2024 25.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Tələbkar, Borclu iştirakı ilə Oğuz rayon İcra və Probasiya şöbəsinin Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)- 355/2022 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi barədə təqdimatına Oğuz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı pul tələbi barədə iddiasına Oğuz Rayon Məhkəməsində 01 sentyabr 2022-ci il tarixdə baxılmış, 2(054)-355/2022 saylı qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 7300 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 7600 manat pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında 12 oktyabr 2022-ci il tarixli qərarı və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmiş, ondan icra sənədində göstərilmiş tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuş, əks təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Tələbin könüllü icrası təmin olunmadığından şöbə tərəfindən Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, ünvan 2 qərardadı ilə ünvan 1 ünvanında yerləşən, 29 aprel 2022-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən Borclu mülkiyyətində olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli, QXM-3528 saylı qiymətləndirmə hesabatına əsasən həmin əmlakın bazar dəyəri 15000 manat müəyyən edildiyindən 11 oktyabr 2023-cü il tarixli məktubla üzərinə həbs qoyulmuş əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə əsasən tələbkara təklif olunmuşdur. Tələbkar tərəfindən təklif qəbul edilmiş, o 11 oktyabr 2023-cü il tarixli ərizə ilə əmlakın adına rəsmiləşdirilməsini xahiş etmişdir. Tələbkar 19 mart 2024-cü il tarixdə məhkəməyə qeyd edilən məzmunda ərizə ilə müraciət edərək bildirmişdir ki, icra prosesində əmlakın üzərinə həbs qoyulması tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması kimi başa düşülür və icra sənədinin icrasının tam başa çatdırılması üçün cavabdehin mülkiyyətində olan əmlak tələbkara təklif olunmaqla onun mülkiyyət hüququ tanınmalıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədinin Borclu hazırki qalıq 7600 manat borcunun ödənilməsi ilə bağlı hissəsində icra üsulunu dəyişdirib borcluya məxsus, məhkəmənin 8(054)-29/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, 15000 manat dəyərində qiymətləndirilmiş əmlakın-qeyri-yaşayış binasının dəyərinin fərqi olan 7400 manat pulu borcluya ödəmək şərtilə 7600 manat borc qarşılığında onun mülkiyyətinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(054)-18/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ünvan 2 qərardadı ilə üzərinə həbs qoyulmuş və 15000 manat dəyərində qiymətləndirilmiş qeyri-yaşayış binasının dəyərinin fərqi olan 7400 manat pul tələbkar tərəfindən borcluya ödənilmək şərtilə həmin əmlakın 7600 manat borc qarşılığında Tələbkar mülkiyyətinə verilməsi qərara alınmışdır.Qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-355/2022 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərindən həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(054)-18/2024 saylı qərardadı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş, İdarə xx.xx.2024-cü il tarixli məktubu ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-355/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan, ünvan 2 qərardadı ilə üzərinə həbs qoyulmuş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərindən həbs götürüldükdən sonra icra sənədinin İdarəyə aid hissədə icrası məsələsinə qanunauyğun şəkildə baxılacağını bildirmişdir. Tələbkar tərəfindən 7400 manat pul şöbənin depozit hesabına köçürülmüşdür.Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar Zaur Vəliyevin izahatını təsdiq edərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakılara görə təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə İH Azərbaycan Respublikası Qanunu) 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbiri olaraq borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci abzasına əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 52.1-ci maddəsinə görə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Qanunun 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(054)- 18/2024 saylı qərardadı qanuni qüvvəyə mindiyindən, qərardada uyğun olaraq 7400 manat pul tələbkar tərəfindən şöbənin depozit hesabına köçürüldüyündən və icra sənədinin 9 saylı Ərazi İdarəsinə aid hissəsinin icrasının təmin olunması üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsindən asılı olduğundan təqdimat təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 266-267-ci maddələrini rəhbər tutaraq qərara aldı: Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-355/2022 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ünvan 2 qərardadı ilə üzərinə həbs qoyulmuş qeyri-yaşayış binasının üzərindən həbs götürülsün. Qərardaddan surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar