Məhkəmə qərarları › İş №8(054)-60/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-60/2025

29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-60/2025 29.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-569/2024-018 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-569/2024-018 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6130.6 manat borc pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bilidirişlə icra sənədi üzrə Borclu göndərilmiş və icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində (bildiriş xx.xx.2025-ci il tarixdə alınmasına baxmayaraq) borclu tərəfindən icra sənədində olan tələb 10 gün könüllü müddət ərzində təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şöbəyə dəvət olunmuş, borcunu tam olaraq bağlaya bilmədiyi, hər ay 200 manat olmaqla ödəniş edə biləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixli izahatı alınmış və rəsmi xəbərdarlıq özünə təqdim edilmişdir. Bundan əlavə iş üzrə Tələbkar ilə telefon əlaqəsi yaradılmış, icra sənədi üzrə borclunun izahatı alındığı, rəsmi xəbərdarlığın verildiyi bildirildikdə, səhhətində problem olduğu, Şöbəyə gələ bilməyəcəyini bildirmiş, hər ay borclunun izahatında qeyd etdiyi kimi aylıq 200 manat ödənişə razı olmadığını, ancaq 2-3 ay ərzində borcunu tam bağlamağa razı olduğunu, borcu ödəməkdən boyun qaçıraraq ölkə ərazi hüdudlarını tərk etməkdən qorxduğunu əsas gətirərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməsini, bütün məcburi icra hərəkətlərinin aparılmasını xahiş etmiş və bu barədə tələbkarla telefon vasitəsilə danışıq barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmiş, qalıq 6130.6 manat borc pul və 429 manat icra ödənişi təşkil etməkdədir. Hesab edir ki, icra sənədinin icrasının təmin olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Oğuz rayon İcra və Probasiya Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-569/2024-018 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-569/2024-018 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu borca görə 6000 (altı min) manat pul, 50,60 (əlli manat altmış qəpik) manat yola çəkilmiş xərc, 80 (səksən) manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-569/2024-018 saylı xx.xx.2024-cü il icra sənədi üzrə xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Kuybışev vilayətində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar