Məhkəmə qərarları › İş №8(054)-66/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-66/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-66/2025 12.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs böyük icra məmuru X1, Tələbkar iştirakı ilə İddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması, uşağın iddiaçının yanında qalması və aliment tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarından Tələbkar şikayətinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq 07 may 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Tələbkar verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İş üzrə Tələbkar Maraqlı şəxs böyük icra məmuru X1 icra sənədinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və Maraqlı şəxsnə icra vərəqəsinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə dair icra sənədinin alimentin tutulmasına dair hissəsi onun tərəfindən xx.xx.2020-ci il tarixdə şöbəyə təqdim etdiyi ərizəyə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə istinad edilməklə şöbənin xx.xx.2020-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Sözügedən mülki iş üzrə o borclu ilə barışdığından ailəsini bərpa etdiyini, borclunun aliment borcunu tam ödədiyini bildirmiş və icra işinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Sonradan cavabdehlə münasibətləri pozulmuş və cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 ondan alaraq özündə saxlamışdır. Övladı ona hər dəfə telefonla zəng edərək, WhatsApp vasitəsi ilə səs ataraq onu oradan almağını istəmişdir. Onun övladı azyaşlıdır və ana nəvazişinə ehtiyacı vardır. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qüvvədə olan məhkəmə qərarı mövcuddur. İş üzrə icra sənədi onun ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmış olsa da, hazırda onun həmin qərarı mübahisələndirmək hüququ vardır. Tələbkar məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək Maraqlı şəxs xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsini və Maraqlı şəxsnə icra vərəqəsinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş xahiş etdi. Maraqlı şəxs böyük icra məmuru X5 şikayətə dair qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Borclu hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Tələbkar hazırki şikayəti təmin edilməli, Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilməlidir. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsi üzrə icra sənədi Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədi üzrə Tələbkar xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Həmçinin Borclu 10 (on) manat dövlət rüsumunu tam şəkildə ödəmiş və ödəniş qəbzini şöbəyə təqdim etmişdir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinin tələbinə əsasən icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.1-ci maddələrinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, icra məmuru xx.xx.2020-ci il tarixdə icra sənədini məhkəməyə tələbkarın xx.xx.2020-ci il tarixli ərizəsi əsasında qaytarmışdır. İcra məmuru həmin vaxt qanunvericiliyin tələblərinə əməl etməklə düzgün qərar qəbul etmişdir. Belə ki, tələbkar icra sənədinin qaytarılması barədə ərizə ilə müraciət etdikdə icra sənədinin həmin sənədi vermiş orqana qaytarmaq icra məmurunun bilavasitə vəzifəsidir. Hazırki vəziyyətdə isə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddədə göstərilən əsaslar aradan qalxmışdır. İcra sənədinin qaytarılması haqqında qərar qəbul edilmə formasına, şərtlərinə və məzmununa görə qanunsuz olmasa belə, tələbkar hazırda öz hüquqularından istifadə edərək icra vərəqəsinin yenidən icraya yönəldilməsini tələb etdiyindən şikayət təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutları məcmu halında araşdıraraq və Tələbkar hazırki şikayətini əsaslandırdığı hallara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, Tələbkar hazırki şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır.. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarından Tələbkar verdiyi şikayət təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 18 / 2019 nömrəli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar