Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-67/2025 18.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin e-2(054)-680/2024-007 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-524/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi, 1707,40 manat əsas borcun alınıb tələbkar "xxxx" ASC-yə, Oğuz Rayon Məhkəməsinin 2(054)-680/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi, 298 manat alınıb tələbkar "xxxx" MMC-yə və Oğuz Rayon Məhkəməsinin 2(054)-668/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi, 6154,86 manat borcun alınıb Tələbkar MMC-nin hesabına ödənilməlidir.Borcluya icra sənədi üzrə tələbin təmin edilməsi üçün bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi könüllü müddət ərzində təmin etməmişdir. “Elektron icra sistemindən” əldə edilən məlumata əsasən borcluya aid əmlak və gəlir yeri müəyyən edilməmişdir. Borclunun ümumi vətəndaş pasportunun olması və əvvələr xaici ölkəyə giriş-çıxış etməsi müəyyən edilmişdir. Belə olan halda borclunun icra sənədini icra etmədən gələcəyinə xarici ölkəyə keçib ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranadək iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması icra sənədinin icra olunması istiqamətində müsbət nəticə verə bilər. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatın məzmununa uyğun izahat verərət təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkarlar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Borclunun və tələbkarların işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-524/2024 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-524/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 1528,54 manat əsas borc, 142,15 manat faiz borcu - cəmi 1670,69 manat borcun və 36,71 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-680/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-680/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 243,65 manat əsas borc, 24,35 manat cərimə - cəmi 268,00 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-668/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 2(054)-668/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli, CC/44298/85 saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu 5303,3 manat əsas, 687,35 manat faiz, 80,21 manat cərimə, cəmi 6070,86 (altı min yetmiş manat səksən altı qəpik) manat kredit borcu və 84 (səksən dörd) manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Borclu barəsində olan Oğuz Rayon Məhkəməsinin 2(054)-524/2024 saylı xx.xx.2024-cü il tarixli, Oğuz Rayon Notariat Kontorunun 8İ-3216 nömrəli, xx.xx.2024-cü il tarixli, Oğuz Rayon Notariat Kontorunun 8İ-3370 nömrəli, xx.xx.2024-cü il tarixli, Oğuz Rayon Məhkəməsinin 2(054)-680/2024 saylı xx.xx.2024-cü il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-668/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlərlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-524/2024 saylı xx.xx.2024-cü il, 2(054)-680/2024 saylı xx.xx.2024-cü il və 2(054)-668/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə xx.xx.1996-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(054)-67/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-67/2025
18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver