Məhkəmə qərarları › İş №8(054)-76/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-76/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-76/2025 02.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə İddiaçı Tələbkar cavabdeh Borclu (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası) qarşı uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 331 / 2023 nömrəli qətnaməsində müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar cavabdeh Borclu (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası) qarşı uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 331 / 2023 nömrəli qətnaməsinə əsasən İddiaçı Tələbkar övladları-31 avqust 2019-cu il tarixdə anadan olmuş X1 və 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 ilə ayda 4 dəfə olmaqla hər ayın 1-ci həftəsinin cümə günü saat 11:00-dan saat 17:00-dək, 3-cü həftəsinin şənbə günü saat 12:00-dan saat 18:00-dək, hər ayın 2-ci və 4-cü həftəsinin çərşənbə günü saat 13:00-dan saat 17:00-dək Oğuz rayonu ərazisində ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Borclu X3 2xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 331 / 2023 nömrəli qətnaməsində müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəməyə ərizə təqdim edərək və izahat verərək bildirmişdir ki, hazırda ərizəsinə baxılmasını istəmir. Ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edir. Borclu izahat verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə təqdim edilmiş məktubu nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Tələbkar cavabdeh Borclu (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası) qarşı uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 331 / 2023 nömrəli qətnaməsində müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar