Məhkəmə qərarları › İş №8(054)-78/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-78/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-78/2025 24.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-332/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-332/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində alimen tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi üçün bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi könüllü təmin etməməklə yanaşı ödənilməli olan aylıq aliment ödənişlərini hər ay tam və vaxtında təmin etməmiş, bu barədə üzrlü səbəb bildirməmiş, nəticədə Oğuz Rayon Məhkəməsinin 3(054)-116/2015 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir. Borclu, barəsində görülmüş məcburi və məsuliyyət tənbeh tədbirlərindən nəticə çıxarmamış və bunun nəticəsində iş üzrə ödənilməmiş 3000 (üç min) manat aliment borcu yaranmışdır. Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak və gəlir vəziyyəti yoxlanılmış, nəticədə borcluya məxsus hər hansı əmlak və gəlir yeri aşkar edilməmişdir. Bütün bunları nəzərə alaraq borcun ödənilməsindən və məsuliyyətə cəlb olunmaqdan yayınması məqsədilə gələcəkdə xarici ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədənölkə hüdudlarını tərk etmə ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış 3000 manat aliment borcu tam şəkildə ödənilin qurtaranadək Borclu oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərət təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Borclu və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-332/2021 saylı xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla cavabdeh Borclu hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2011-ci il tarixdə anadan olmuş X6, xx.xx.2012ci il tarixdə anadan olmuş X5 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X2 verilməsi qət edilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-332/2021 saylı xx.xx.2021-ci il icra sənədi üzrə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar