Məhkəmə qərarları › İş №8(054)-79/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-79/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-79/2025 30.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi Tələbkar nümayəndəsi Məmmədov İsbəndiyar Əli oğlunun, Borclu, onun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsi üzrə tutulan aliment məbləği indeksasiya edilməklə xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,24 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Tələbkar ilə X10 xx.xx.2005-ci il tarixdə faktiki ailə münasibətinə girmişlər.Tərəflərin birgə münasibətindən xx.xx.2007-ci il təvəllüdlü Xədicə və 2011.2013-cü il təvəllüdlü Fatimə adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətaməsinə əsasən tərəflər arasında nikah pozulmuş,Xədicə və Fatimə adlı uşaqlar Tələbkar himayəsinə verilmiş və Xədicə və Fatimə adlı uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün Borclu hər uşağa görə 85 manata, ümumilikdə isə 170 manat sabit pul məbləğində tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin zamanlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 220 manat,minimum əmək haqqı 345 manat olmuşdur.Lakin hazırda Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı çıxarılmışdır ki,həmin qərarda da alimentin artırılması deyil,indeksasiyası nəzərdə tutulmuşdur.Hazırda il üzrə minumum əmək haqqı 400 manat təşkil edir. Qətnamə çıxarılarkən minimum əməkhaqqının 345 manat olması nəzərə alınsa o zaman təyin olunmuş aliment minimum əmək haqqının 0.24 mislin təşkil etmişdir.Sözügedən Plenumun qərarına əsasən hazırda olan minimum əmək haqqının (400 manat) 0.24 misli miqdarında aliment təyin olunmalı və həmin məbləğə uyğun indeksasiya olunmalıdır. Hər uşaq üçün 400 manatın 0.24 misli 98,55 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Tələbkar və Oğuz rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq tələbkar və Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizəçi Tələbkar nümayəndəsi X6 işə ərizəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi Tələbkar nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, ərizəçi onun qızıdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsi üzrə hər uşağa görə hər ay 85 manat sabit pul məbləğində alimentin təyin olunmuşdur. O və ərizəçi məsləhətləşərək alimentin indeksasiya edilməsi üçün müraciət etmək qərarına gəlmişlər. Eyni zamanda, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 artıq 18 yaşı tamam olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu iştiak etsə də, fiziki məhdudiyyətlərinə görə izahat verə bilmədiyindən onun ərizəyə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iclasında Borclu nümayəndəsi X5 izahat verərək bildirdi ki, Borclu onun oğludur. Onun oğlunun fiziki məhdudiyyətləri vardır. Belə ki, Taleh uşaqlıqdan xəstədir, az eşidir və danışa bilmir. Aliment məbləğində dəyişiklik olarsa oğlu həmin məbləği ödəyə bilməyəcəkdir. Oğlu Talehin əlilliyi də nəzərə alınmaqla ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsindən görünür ki, alimentin bu qaydada tutulması 27 mart 2023-cü il tarixdən hesablanmaqla iddiaçı Borclu qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 85 manat olmaqla ,cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 12 yanvar 2007-ci il tarixdə anadan olmuş X7 və 20 noyabr 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında Borclu Tələbkar xeyrinə qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 85 manat olmaqla - cəmi 170 manat manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda tutulan alimentin miqdarı uşaqların bütün tələbatlarının ödənilməsi üçün kifayət etməməsi əsası ilə tələbkar indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Lakin işin hallarından müəyyən edilir ki, ərizəçi hər iki övladı üçün alınan alimentin indeksləşdirilməsini tələb etsə də, tərəflərin birgə nikahından dünyaya gəlmiş X7 xx.xx.2007-ci il tarixdə doğulmaqla xx.xx.2025-ci il tarixdə artıq yetkinlik yaşına çatmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsindən görünür ki, Borclu alimentin tutulması məhz uşaqlar yetkinlik yaşına çatanadək müəyyən edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü X7 artıq 18 yaşına, yəni yetkinlik yaşına çatdığından məhkəmə hesab edir ki, ərizə onun saxlanması üçün alınmalı olan alimentin indeksləşdirilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2023-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Göründüyü kimi, 2023-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərfindən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün Borclu qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 85 manat olmaqla - cəmi 170 manat manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,24 (85:345) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməklə xx.xx.2013-ci il təvəllüdlü X8 adlı uşaq üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,24 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2 (054) - 209 / 2023 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,24 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-209/2023 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,24 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci-ci il tarixdən başlanılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar