Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-8/2024 07.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 19 fevral 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-502/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 7747,12 manat borc və 97,47 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etməmiş, şöbədə verdiyi izahatlarla ayda 100-200 manat ödəniş etmək imkanının olduğunu bildirmişdir.Tələbkar şöbəyə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclunun icra sənədini icra etmədən xarici ölkəyə gedib ölkəyə qayıtmamaqla məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, işdə iştirak edən tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 272/2023-31-5-004 saylı bildirişin, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatların və rəsmi xəbərdarlığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Tələbkar ASC-nin təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2024/104/2101 saylı məktubunun surətindən görünür ki, Borclu barəsində məcburi icra tədbiri olan ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmək xahiş edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 19 fevral 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1967-ci ildə Oğuz rayonu Vardanlı kəndində anadan olmuş, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar ASC-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-8/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-8/2024
07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver