Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-80/2025 24.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi Borclu, Maraqlı şəxs böyük icra məmuru Abdurahmanov Tural Malik oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar verdiyi xx.xx.2000-ci il tarixli, 4-E-İ/56 saylı etibarnaməyə əsasən hərəkət edən X8 (satıcı) və Borclu (alıcı) arasında bağlanmış 15 noyabr 2002-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, Tələbkar və X3 məxsus olan, 1974-cü ildə samankərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89.2 kv.m ümumi sahəsi, 59.3 kv.m yaşayış sahəsi, 29.9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18.000.000 manata Borclu satılmışdır. Tələbkar həmin müqaviləni mübahisələndirmiş və Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 saylı, 1 iyul 2022-ci il tarixli qətnaməsi ilə Tələbkar Borclu qarşı ünvan 2 ünvanında yerləşən evin cavabdehə satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan evin hüquqi statusunun əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1222/2022 saylı qətnaməsi ilə Tələbkar ağellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-56/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1743/2023 saylı qərarı ilə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X4 (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz şəhəri, 20 Yanvar keçəsi, 12 ünvanında yerləşən evin hazırda mümkün bazar qiyməti olaraq dəyərləndirilən 100000 manatın notariat kontarunda bağlanmış alqı-satqı müqaviləsində qeyd edilmiş 18.000.000 manatın (evin dəyəri olaraq) manata məzənnəsinin, yəni 3600 manatın 21 ilə hesablanan illik 5 faizi olan kompensasiyanın və 423 manat dövlət rüsumunun cavabdehlər Borclu və ya X2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 15019.20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619.2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145.86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi, iddia tələbinin 84980.8 manat pul və 277.14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 1056/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X5 qarşı yönəlmiş hissəsində və iddianın cavabdeh Borclu qarşı rədd edilmiş 12170.16 manat kompensasiya, cəmi 12170.16 manat pul və 36.50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh Borclu 12170.16 manat kompensasiya, cəmi 12170.16 manat pul, 36.50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, cavabdeh Borclu 12170.16 manat kompensasiya, cəmi 12170.16 manat kompensasiya, cəmi 12170.16 manat pul, 36.50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar cavabdeh X5 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdeh Borclu 12170.16 manat kompensasiya, cəmi 12170.16 manat pul, 36.50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi həssəsində ləğv edilmişdir. Borcun kifayət qədər böyük məbləğdə olduğu üçün onun həmin borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Odur ki, həmin borcun hissə-hissə odənilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu ərizəsinə uyğun izahat verməklə yanaşı bildirdi ki, o, hazırda işsizdir, yalnız 2026-cı ilin yanvar ayında pensiyaya çıxacaqdır. O, eyni zamanda 2 dəfə insult keçirmişdir. O, özünə məxsus torpaq sahəsini satışa çıxarmışdır və həmin torpaq sahəsi satılan kimi borcunu tam şəkildə ödəyəcəkdir. Lakin hazırki vəziyyətdə onun borcunu ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı üzrə Tələbkar öfəməli olduğu borc məbləğinin ayda 100 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs böyük icra məmuru X1 izahat verərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində borclunun ərizəsinə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş və məhkəməyə ünvanladığı etirazında borclunun ərizəsinə münasibət bildirdiyini qeyd etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar məhkəməyə göndərdiyi ərizəyə etirazda qeyd etmişdir ki, o icra sənədi üzrə Borclu, icra sənədinin icrasının hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi tələbinə dair ərizəsini qəbul etmir və bunu özünün hüquqlarının pozulması kimi qəbul edir. Ona görə ki, əvvəla borclunun kifayət qədər imkanları var (daşınar-daşınmaz əmlakları, ticarət obyektləri, olduğu halda onun özünün belə imkansız kimi göstərməsi onun çirkin xislətininin göstəricisidir). İkincisi borclu onun əri olan qardaşının əmlakını mənimsəyən birisi olaraq indi də belə yalanlarla borcunu ödəməkdən yayınmaq istəyir. İcra sənədi üzrə borcun 100 manatdan ödənilməsinə 20 ilik müddət lazımdır və həmin müddətdə infilyasiya və sair halların baş verməsi halı baş verməsə belə ona böyük maddi, eləcə də mənəvi zərərlərin vurulmasına səbəb olacaq. Hesab edir ki, ərindən ona və övladına qalan miras evi saxta, əyri yollarla mənsiyən bu "şəxsin" hazırki ərizəsinin təmin olunmasına heç bir qanuni əsas ola bilməz və belə bir əsas da yoxdur. O icra sənədinin tam və bir dəfəyə icrasında maraqlıdır və bunun əksində heç bir təklifə razı deyildir. O icra sənədinin vaxtında və tam icra olunmasının təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdehlər Borclu və X5 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X5 qarşı yönəlmiş hissəsində və iddianın cavabdeh Borclu qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar cavabdeh X5 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. Cavabdeh Borclu Hümmət oğlu (vəkilnümayəndə X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunması hissəsində ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh Borclu kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən Borclu isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Eyni zamanda borclunun icra sənədi üzrə tələbkara kifayət qədər yüksək məbləğdə borcu olduğu halda, həmin borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi tələbkarın mülkiyyət maraqlarının qorunması baxımından qanunauyğun deyildir. Eyni zamanda, borclu maddi imkansızlıq üzündən tələbkara olan borcunu ödəyə bilmədiyini qeyd etsə də, məhz hansı səbəbdən hər ay yalnız 100 manat miqdarında ödəniş etmək istədiyini mötəbər sübutlarla əsaslandırılmış şəkildə izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissə-hissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il-ci il tarixli qərarının hissə-hissə icra edilməsi barədə Borclunın ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il -tarixli qərarının hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(054)-80/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-80/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver