Məhkəmə qərarları › İş №8(054)-81/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-81/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-81/2025 31.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Borclu1 iştirakı ilə Tələbkar borclular Borclu1 və Borclu2 qarşı əsas borc və dövlət rüsumu məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmri üzrə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar ərizəsinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Tələbkar borclular Borclu1 və Borclu2 qarşı əsas borc və dövlət rüsumu məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmrinə əsasən 11 avqust 1987-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə xidmət edən Borclu1 və xx xxxxxx 1990-cı il tarixdə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə xidmət edən Borclu2 müştərək qaydada 692,00 manat məbləğində əsas borc və 21,00 manat dövlət rüsumu cəmi 713 (yeddi yüz on üç) manatın tutularaq Tələbkar ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə göndərilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilən əsas 713 manat məbləğin indeksləşdirilərək, 2015-ci il tarixdən 2022-ci ilin oktyabr ayınadək 179,5 faiz artımı (713 AZN x 179,5% = 1279,83 AZN) nəzərə alaraq cəmi 1279,83 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmrinə əsasən, borclular Borclu1 və Borclu2 cəmi 713 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və həmçinin, icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsi nəticəsində 07 il, 08 ay, yəni 92 ay müddətində xx.xx.2022-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilmiş 713 manat məbləğində borc xx.xx.2022-ci il tarixdə icra olunduğundan (ödənildiyindən) tələb olunan pul vəsaiti infilyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilən əsas 713 manat məbləğin indeksləşdirilərək, 2015-ci il tarixdən 2022-ci ilin oktyabr ayınadək 179,5 faiz artımı (713 AZN x 179,5% = 1279,83 AZN) nəzərə alaraq cəmi 1279,83 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirilməlidir. Tələbkar hazırki ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətində qeyd etmişdir ki, iş çoxluğu ilə əlaqədar üzrlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzrə zəruri sənədləri ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxaraq ərizənin təmin olunması barədə qərardad qəbul məhkəmədən xahiş edir. Borclu1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o tələbkara olan borclarını tam şəkildə ödəmişdir. O, əvvəl hərbi qulluqçu olduğundan borc onun əmək haqqından tutulmuşdur. O, tələbkəra olan borcunu ödəmişdir. Digər Borclu2 və Maraqlı şəxs1, Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasının Borclu2 və Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə borclunun izahatını dinləyib ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmrinə əsasən 11 avqust 1987-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə xidmət edən Borclu1 və xx xxxxxx 1990-cı il tarixdə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə xidmət edən Borclu2 müştərək qaydada 692,00 manat məbləğində əsas borc və 21,00 manat dövlət rüsumu - cəmi 713 (yeddi yüz on üç) manatın tutularaq Tələbkar ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə göndərilmişdir. Həmin məhkəmə əmri xx.xx.2022-ci il tarixdə tam şəkildə icra edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi işə baxmış məhkəmə yalnız qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ərizədən və işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmri xx.xx.2022-ci il tarixdə tam şəkildə icra edilmişdir. Tələbkar isə icra sənədinin icrasın vaxtından 3 ilə yaxın müddət keçdikdən sonra pulun indeksasiya edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, tələbkərın indeksasiya olunmasını xahiş etdiyi məhkəmə əmri artıq icra olunduğundan ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Tələbkar borclular Borclu1 və Borclu2 qarşı əsas borc və dövlət rüsumu məbləğinin tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 70 / 2015 nömrəli məhkəmə əmri üzrə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar