Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-84/2024 23.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda Borclu 1035,02 manat pul və 30,36 manat dövlət rüsumu tutularaq Tələbkar2 ASC-yə, xx.xx.2024-cü il tarixli qərarla icraatına başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-643/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar1 xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün hər icra sənədi üzrə 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etmədiyindən onun əmlak vəziyyətinin öyrənilməsi üçün müxtəlif sorğular edilmiş, “Elektron icra” sistemi vasitəsilə axtarış aparılmış, tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Hazırki vaxtadək borclu icra sənədlərindən heç bir ödəniş etməmişdir. Tələbkar1 şöbəyə müraciət edərək borclu barəsində bütün icra tədbirlərinin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 borclunun etibarlılıq müddəti xx.xx.2024-cü ildə bitmiş ümumi vətəndaş pasportu olduğu və onun dəfələrlə ölkə ərazisini tərk edərək yenidən qayıtdığı müəyyən edildiyindən yaranmış borcu qərəzli olaraq ödəməkdən boyun qaçıraraq ölkə ərazisini tərk etmə ehtimalının olduğunu nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Oğuz rayon İcra və probasiya şöbəsi, habelə Tələbkar2 ASC nümayəndəsinin məhkəmə iclaında iştirakını təmin etməmiş, borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Tələbkar1 ünvanına uyğun olaraq icra nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024cü il tarixli məktubla Tələbkar1 Yaqublu kəndi ərazisində yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların, tələbin könüllü icrası haqqında müvafiq tarixli, e145128/2024-31-5-006 saylı və e348650//2024-31-5-004 saylı bildirişlərin, xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. X1 çıxarışın təqdimata əlavə edilmiş surətindən görünür ki, borclu xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş C00274418 saylı ümumi vətəndaş pasportu ilə xx.xx.2014, xx.xx.2014 və xx.xx.2022-ci il tarixlərdə ölkə sərhədinin hüdudlarını tərk etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1985-ci ildə Oğuz rayonu Yaqublu kəndində anadan olmuş, Oğuz rayonu Yaqublu kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədləri üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkarlar Tələbkar2 ASC-yə və Tələbkar1 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-84/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-84/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver