Məhkəmə qərarları › İş №8(054)-84/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-84/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-84/2025 07.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Borclu iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1056/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1056/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 19077,06 manat borc pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərar və onu icrasını 10 gün müddətində nəzərdə tutan bildiriş borcluya göndərilmiş və bildirişi borclunun izahatlarından göründüyü kimi almasına baxmayaraq icra sənədinin icrası borclu tərəfindən bugünki tarixə tam şəkildə təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə müvafiq orqana və təşkilatlara sorğular göndərilmiş və tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bundan əlavə, aparılmış məcburi icra hərəkətləri nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi EMF-dən borclunun (verilmə tarixi xx.xx.2018-ci il və etibarlıq müddəti xx.xx.2018-ci il tarixə) olan ümumvətəndaş pasportunun olması müəyyən edilmişdir. Beləliklə qeyd olunan icra sənədi üzrə bugünki tarixə borclu tərəfindən heç bir ödəniş edilməmiş və qalıq borc məbləği 19077,06 manat təşkil etməkdədir. Yuxarıda qeyd olunanlara əsasən icra sənədinin məcburi icrasının təmin olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o tezliklə borcundan ödəniş edəcəkdir. Onun ümumvətəndaş pasportu olsa da, ölkədən getmək niyyəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Borclu və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1056/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-23/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər Borclu və X4 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(054)-23/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X3 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-1056/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(054)-23/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X4 qarşı yönəlmiş hissəsində və iddianın cavabdeh Borclu qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddiaçı Tələbkar cavabdeh X4 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1156/2025 saylı, xx.xx.2025-ci il il tarixli qərarına əsasən cavabdeh Borclu kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1056/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh Borclu 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı Tələbkar ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanmışdır. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1056/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar