Məhkəmə qərarları › İş №8(054)-9/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-9/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-9/2024 12.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 oğlunun, Tələbkar, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 26 fevral 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-965/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu cəmi 54915,39 manat borc pul tutularaq Tələbkar xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu bir neçə dəfə şöbəyə dəvət edilərək icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmiş, heç yerdə işləmədiyi üçün ayda cəmi 100 manat ödəmək imkanının olduğunu bildirmişdir. Borclunun izahatı alınmış, borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbi ona izah edilmişdir. Tələbkar şöbəyə müraciət edərək borcun ayda 2000 manat olmaqla ödənilməsinə etiraz etmədiyini bildirmiş, gələcəkdə borcu qərəzli olaraq ödəmməkdən boyun qaçırmaq üçün borclunun Türkmənistan Respublikasında yaşayan qohumlarının yanına getmək ehtimalını nəzərə alaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlərin görülmısini xahiş etmişdir. Qeyd olunanlara əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Abdurahmanov təqdimatın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borclunun xarici ölkəyə getməsi üçün onun hazırda xarici pasporta malik olması ciddi əhəmiyyət daşımır, əvvəla qanuna görə şəxs tələb olunan rüsumu ödəməklə bir gün içərisində də ümumvətəndaş pasportu ala bilər, bundan əlavə elə ölkələr var ki, səyahət edənlərin ora hətta şəxsiyyət vəsiqəsi ilə də getmək imkanı mövcuddur. Ona görə də məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, borcunu ödəməkdən yayınmır, amma iş yeri yoxdur, ayda cəmi 150 manat ödəməyə imkanı çatar. Hazırda heç yerdən gəliri yoxdur, xarici ölkəyə getmək fikri də yoxdur. Təqdimatın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Tələbkar borclu ilə bağlı bütün tədbirlərin görülməsini, o cümlədən onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etdi. Məhkəmə şöbənin nümayəndəsini, tələbkarı və borclunu dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın və tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xəbərnamənin, xx.xx.2024-cü il tarixli xəbərdarlığın və izahatın, habelə xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 26 fevral 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1969-cu ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar