Məhkəmə qərarları › İş №8(054)-9/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-9/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-9/2025 17.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Oğuz rayon İcra və probasiya şöbəsi Oğuz Rayon Məhkəməsinin e-2(054)-317/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, e197659/2024-31-6-004 saylı məktubla borc məbləği tam şəkildə ödənildiyindən təqdimatın baxılmamış saxlanması xahiş olunmuşdur. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş məktubu nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatı baxılmamış saxlanılsın. Təqdimatın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar