Məhkəmə qərarları › İş №8(054)-91/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-91/2025

27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-91/2025 27.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Tələbkar Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Borclu, Maraqlı şəxs rəisi X4 iştirakı ilə İddiaçı Tələbkar QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Borclu, X6 və X7 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarından Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə xx.xx.2014-cü il tarixli 749M nömrəli kredit müqaviləsi üzrə 5000,00 manat əsas borc, 1322,62 manat faiz borcu və 83,22 manat dövlət rüsumu - cəmi 6405 (altı min dörd yüz beş) manat 84 (səksən dörd) qəpik tutulması, iddia tələbinin cavabdehlər X6 və X7 dair hissələrdə təmin edilməməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilib yenidən icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru X1 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərarında borclunun ünvanına baxış keçirməsini, icra sənədi üzrə qanunla müəyyən edilmiş qaydada borcluda yönəldilə biləcək əmlak aşkar edilməməsini bildirmişdir. Qeyd olunan qərar xx.xx.2025-ci il tarixdə Tələbkar QSC BOKT-a daxil olmuşdur. Hazırda borcluların qətnamə üzrə icra olunmamış qalıq borcu 6405,84 manat təşkil edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi təkcə fərdi maraq obyekti, yəni yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil. Bu, həm də ictimai maraq obyektidir. Cəmiyyət və dövlət qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz qəbul edilməsində və icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi inövbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır. Hesab edirlər ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilib icra hərəkətlərinin davam etdirilməsi üçün İcra vərəqəsi yenidən Maraqlı şəxsnə göndərilməlidir. Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi X9 oğlu Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hazırki şikayətini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə daxil olmuş və icraata qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi Maraqlı şəxs icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Eyni zamanda, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak açkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Hesab edir ki, icra sənədinin qaytarılması barədə qərar qəbul edilərkən icra haqqında qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmişdir. Qeyd etdiklərinə əsasən icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərardan tələbkarın şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, o, heç yerdə işləmir. Anası xəstə olduğundan da onun yaşadığı kənddən kənara çıxaraq başqa ərazidə özünə iş yeri tapması mümkün deyildir. Onun ailəsinin ümumilikdə 20000 manat borcu vardır. Əvvəllər onun adına pay torpaq sahəsi olsa da, həmin torpaq sahəsini də satmaq məcburiyyətində qalmışdır. Hazırki icra sənədi üzrə borcdan isə hər ay 20 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Maraqlı şəxs böyük icra məmuru X1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsinə əsasən, 5000,00 manat əsas borc, 1322,62 manat faiz borcu və 83,22 manat dövlət rüsumu - cəmi 6405 (altı min dörd yüz beş) manat 84 (səksən dörd) qəpik tutularaq iddiaçı Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs böyük icra məmuru X2 xx.xx.2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu icra sənədində göstərilən Oğuz rayonu Xalxal kəndində yerləşən evinə baxış keçirilmiş, icra sənədi üzrə qanunla müəyyən edilmiş qaydada borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elekton İnformasiya Sistemindən verilmiş sorğular nəticəsində borclunun borclunun adına tələbin qanunla müəyyən edilmiş qaydada yönəldilə biləcəyi heç bir növ gəlir, əmlak və aktiv VÖEN aşkar edilməmişdir. Oğuz rayon İHB-nin Xalxal kənd İƏD-i üzrə nümayəndəliyinin 5-68- 6/2-63/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə Borclu adına heç bir növ mal-qaranın olmadığı bildirilmişdir. Borclu xx.xx.2025-ci il tarixli izahatında heç bir yerdə işləmədiyini, maddi imkanı olmadığını, anasının xəstə olduğunu, aliment ödədiyini və heç bir yerdən gəliri olmadığı üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi, icra sənədi icra edilmədən Oğuz Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, Borclu əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına və həmçinin xx.xx.2025-ci il tarixdə borclu şəxsin yaşadığı ünvanına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmamasına istinad etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru borclunun yaşadığı ünvanda olmuş və borcun yönəldilə biləcəyini heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədi ilə əlaqədar icra işi Maraqlı şəxsdən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxs tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmaması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, borclunun əmlakına baxış keçirilərkən tələbkarın icraatda iştirakının təmin olunması barədə məlumatın verilməsi barədə sübut icra işində müəyyən olunmamışdır. Eyni zamanda həmin aktın tələbkara göndərilmiş olması da iş materiallarından müəyyən olunmur. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Eyni zamanda qanunvericilikdə icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən bütün tədbirlər görüldükdən sonra, həmin tədbirlər nəticə vermədiyi hallarda icra sənədinin qaytarılması nəzərdə tutulmuşdur. Ancaq Maraqlı şəxs böyük icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdən borclunun faktiki gəlirlərini və əmlak vəziyyətini müəyyən etmək üçün bütün zəruri tədbilərin görüldüyü, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan bütün prosedur qaydalarına tam şəkildə riayət olunduğu müəyyən edilmir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi icra məmurunun icraatında olduğu illər ərzində icra məmuru tərəfindən hansı icra tədbirlərinin həyata keçirilmiş olması, icra sənədinin icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirlərinin görülməsi (borclunun məcburi gətirilməsi, onun inzibati məsuliyyətə cəlb edilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və sair) ilə bağlı müvafiq sənədlər tam şəkildə qərara əlavə edilməmişdir. Eyni zamanda bankların saxlancında əmlakının və bank hesabının mövcud olub-olmaması barədə müvafiq orqana sorğu verildiyi də iş materiallarından müəyyən edilmir. Borclunun adına gələcəkdə tələbin yönəldilə biləcəyi hər hansı əmlakın və ya qiymətli əşyaların aşkar olunacağı halları da istisna edilmir. Ancaq icra məmuru hazırda borclunun adına qanunla tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya qiymətli əşyalar aşkar edilməməsi əsası ilə icra sənədinin icrasının mümkün olmaması qənaətinə gələrək onun barəsində olan icra sənədini əsassız olaraq geri qaytarmışdır. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Maraqlı şəxs böyük icra məmuru X1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs böyük icra məmuru X1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 301 / 2022 nömrəli qətnaməsinə dair icra sənədinin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar