Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-102/2023 21.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, X1, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 1827 manat pul və ödənilmiş 38.27 manat dövlət rüsumu, cəmi 1865 (bir min səkkiz yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik pulun alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Saatlı rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcludur. Hazırda işləmir, özü və arvadı xəstədir. İmkansızlıq səbəbindən icra sənədini bir dəfəyə icra etmək imkanı yoxdur. Lakin buna baxmayaraq Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin icrasından boyun qaçırmır. Ən qısa vaxtda borcundan 300 manat ödəniş edəcək. Qalan borcunu isə hissə-hissə olmaqla qaytara bilər.Ona görə də göstərdiklərinin nəzərə alınıb Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 1827 manat pul və ödənilmiş 38.27 manat dövlət rüsumu, cəmi 1865(bir min səkkiz yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. 27 oktyabr 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Ərizənin təmin edilib-edilməmə məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar X10 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasını tələbkarın iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-231.2-ci maddələrinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə icraata başlanılmasından da az bir müddət keçmiş və borclu tərəfindən icra sənədinin icrasından yayınmaq hallarının olması mövcud deyil. Borclu tərəfindən borcun tam şəkildə ödənilməməsi sonuncunun maddi imkanının olmaması ilə əlaqədardır və borclunun hissəhissə olmaqla isə məhkəmə qətnaməsini icra etməyə imkanı vardır. Ona görə də Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X4 ərizəsi təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(055)-688/2023 saylı qətnaməsi altı ay müddətində hər ay X3 310 (üç yüz on) manat 87(səksən yeddi) qəpik alınıb X8 verilməklə hissə-hissə icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-102/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-102/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver