Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-104/2025 28.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı icra sənədinə izah verilməsi barədə Saatlı Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı qərardadına əsasən Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(055)- 634/2023 saylı qətnaməsinə əsasən tutulan 170 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 19 mart 2025-ci il tarixdə icra vərəqəsi verilmişdir. Saatlı Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)- 50/2025 saylı icra sənədinə izah verilməsini xahiş etmişdir. Saatlı Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 ərizəni onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsi tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixində icraatda daxil olmuş 8(055)-50/2025-004 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş bağlı tələblər aydın deyildir. Belə ki, icra sənədi üzrə Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(055)-634/2023 saylı qətnaməsinə əsasən tutulan 170 manat alimentin məbləği sonrakı artımlar nəzərə hər ay ölkə üzrə müəyyən olunmuş minimum amk haqqının 0.49 misli həddində indeksasiya olunmuş, lakin indeksasiya olunmuş aliment məbləğinin hansı tarixdən hesablanması sözügedən icra sənədində qeyd olunmamışdır. Bu da, icra sənədinin icrasında çətinliklər yaradır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı icra sənədinə izah verilməsini xahiş etdi. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Tələbkar və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 230.1 və 230.4-cü madələrinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə hesab edir ki, indeksasiya olunmuş alimentin nə vaxtdan tuutlmasını tənzimləyən konkret hüquq norması olmadığından, hazırkı işə analogiya üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, ərizəçi Tələbkar Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(055)-634/2023 saylı qətnaməsinə əsasən tutulan sabit pul məbləğində alimentin indeksaisya olunması barədə ərizəsi 20 fevral 2025-ci tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı icra sənədinə izah verilməsi barədə ərizə təmin edilməli, sözügedən icra sənədi üzrə Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(055)-634/2023 saylı qətnaməsinə əsasən tutulan 170 manat alimentin məbləği sonrakı artımlar nəzərə hər ay ölkə üzrə müəyyən olunmuş minimum amk haqqının 0.49 misli həddində indeksasiya olunmuş aliment məbləği 20 fevral 2025-ci tarixdən hesablanmaqla icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4 və 230-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı icra sənədinə izah verilməsi barədə Saatlı Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 ərizəsi təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(055)-50/2025 saylı icra sənədi Saatlı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(055)-634/2023 saylı qətnaməsinə əsasən tutulan 170 manat alimentin məbləği sonrakı artımlar nəzərə hər ay ölkə üzrə müəyyən olunmuş minimum amk haqqının 0.49 misli həddində indeksasiya olunmuş aliment məbləği 20 fevral 2025-ci tarixdən hesablanmaqla icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-104/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-104/2025
28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver