Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-105/2024 19.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 iştirakı ilə X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədinə əsasən X4ndan 15135 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 8(055)-39/2024 saylı qərardadına əsasən X1 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X4 ərizə ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədinə əsasən ondan 15135 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda tələbkara olan borcunu tam şəkildə ödəmiş və borcu qalmamışdır. Saatlı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 8(055)-39/2024 saylı qərardadına əsasən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığından Rusiya Federasiyasına gedə bilmir və ailəsini dolandırmaqda çətinlik çəkir. Onun Rusiya Federasiyasına getməkdə yeganə məqsədi maddi gəlir əldə etməkdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclası zamanı Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 borclunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən ödənilməli olan pul məbləğinin 7 faizi həcmində olan icra ödənişini ödəməməsini göstərərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 8(055)- 39/2024 saylı qərardadından görünür ki, həmin qərardadla Saatlı rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilərək, X6 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıda göstərilənlərə əsaəsn hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-84-1.2-ci maddələrinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. “X14 (X17) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli Qərarında göstərilir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. İş materiallarından görünür ki, borclu X3 Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(055)-751/2023 saylı icra sənədi üzrə tələbkara olan borcunu tam şəkildə ödəsə də, pul məbləğinin 7 faizi həcmində olan icra ödənişini ödəməmişdir.Ona görə də məhkəmə hesab edir ki, X1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: X1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №8(055)-105/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-105/2024
19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver